SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılmasına başlayıb.
Marja.az xəbər verir ki, avqustun 23-də Daşkənddə SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onlayn formatda iştirak ediblər. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumatda beş məntəqənin yerləşəcəyi ərazilər, layihəyə yatırılacaq sərmayənin məbləği və obyektlərin istifadəyə veriləcəyi tarix açıqlanmayıb.
Layihə SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olmasını nəzərdə tutur. Bundan əvvəl Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov şirkətin Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinə investisiya yatıracağını bildirmişdi. Onun sözlərinə görə, layihələr Özbəkistanın müxtəlif regionlarında həyata keçiriləcək.
Özbəkistan mediasının məlumatına görə, SOCAR və “Uzbekneftegaz” ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi ilə bağlı əməkdaşlıq edəcəklər. Beləliklə, SOCAR bu ölkədə yalnız neft-qaz yataqlarının axtarışı və işlənilməsi istiqamətində deyil, birbaşa istehlakçılara yanacağın satışı sahəsində də fəaliyyət göstərəcək.
Şirkət hazırda “Uzbekneftegaz” və bp ilə birlikdə Özbəkistanın Ustyurt regionunda yerləşən altı investisiya blokunda geoloji kəşfiyyat layihəsində iştirak edir. Layihədə bp 40 faiz, SOCAR və “Uzbekneftegaz” isə hər biri 30 faiz paya malikdir. SOCAR layihənin operatorudur. Reuters
Beş yanacaqdoldurma məntəqəsinin tikintisi SOCAR-ın Özbəkistandakı fəaliyyətini hasilat və geoloji kəşfiyyatdan pərakəndə yanacaq satışınadək genişləndirəcək. Layihə eyni zamanda SOCAR brendinin Mərkəzi Asiyanın iri istehlak bazarlarından birinə çıxışı deməkdir.
"Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək", - Avqustun 23-də mətbuata bəyanatlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 20 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq






















