Azərbaycanda hotellər üçün yeni məcburi qaydalar hazırlanacaq
Hotellər üçün məcburi sanitariya və təhlükəsizlik tələbləri hazırlanacaq. Hotellərdə sanitariya və təhlükəsizlik nəzarəti sərtləşdiriləcək. Gigiyena tələblərinə cavab verməyən hotellər nəzarətə götürüləcək. Hotel otaqları üçün minimum standartlar müəyyən ediləcək. Hotellərdə yanğın və təxliyə qaydaları yenilənəcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda hotellərin və digər yerləşmə vasitələrinin fəaliyyəti üçün sanitariya, gigiyena, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimum tələblər müəyyən ediləcək.
2027–2028-ci illərdə mehmanxana və digər yerləşmə obyektlərində sanitariya-gigiyena tələblərini tənzimləyən normativ hüquqi aktların hazırlanması planlaşdırılır.
Yeni qaydalar otaqların, mətbəxlərin, ümumi istifadə sahələrinin və xidmət zonalarının sanitariya vəziyyəti ilə bağlı vahid tələblərin formalaşdırılmasına imkan verəcək.
Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə hotellər üçün yanğın və digər fövqəladə vəziyyətlərə hazırlıq, təxliyə imkanları və təhlükəsizlik tədbirləri üzrə minimum normalar da müəyyən ediləcək.
Dövlət Proqramında qeyd edilir ki, turistlər arasında aparılan sorğular zamanı gözləntilərlə real təcrübə arasındakı əsas fərqlərdən biri gigiyena və müştəri xidməti sahəsində qeydə alınıb.
Yeni tələblərin turistlərin sağlamlığının qorunmasına, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və yerləşmə xidmətlərinin beynəlxalq standartlara yaxınlaşdırılmasına xidmət edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 20 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq





















