İran Prezidenti Pezeşkian müharibəni başa çatdırmağa çağırdı - "Müharibəni bitirməyimiz daha yaxşıdır”
“Birlikdə olsaq, güclüyük. Parçalanma olarsa, məhv olarıq.”İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin başa çatdırılmasının vacibliyini bildirib.
Marja xəbər verir ki, İranın ISNA xəbər agentliyinin məlumatına görə, Pezeşkian Tehranda İslam Həkimləri Birliyinin Baş Assambleyasında çıxışı zamanı ABŞ ilə müharibə barədə fikirlərini bölüşüb.
Pezeşkian müharibənin davam etdirilməsinin qaçılmaz məqsəd olmadığını, ölkənin gücünü və əldə etdiyi nailiyyətləri qorumaqla qarşıdurmaya son qoyulmasının vacibliyini vurğulayıb.
“Müharibə nə vaxtsa başa çatmalıdır. Bu gün gücə və nüfuza malik olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir dövrdə müharibəni bitirməyimiz daha yaxşıdır”, – İran Prezidenti bildirib.
Pezeşkian qeyd edib ki, bu mövqe İranın mümkün hücumlar qarşısında geri çəkiləcəyi anlamına gəlmir.
“Zorakılıq və təzyiq qarşısında heç bir halda baş əyməyəcəyik. Son nəfəsimizədək onların qarşısında dayanacaq və sarsıdıcı cavab verəcəyik”, – o deyib.
Razılaşma İran üçün “şərəfli və dəyərli”dir
Pezeşkian ABŞ ilə Pakistanın vasitəçiliyi ilə iyunun 17-də imzalanmış, lakin tərəflər arasındakı fikir ayrılıqları səbəbindən həyata keçirilməmiş razılaşmanı İran baxımından “şərəfli və dəyərli” adlandırıb.
İran Prezidenti bildirib ki, razılaşma Ali Milli Təhlükəsizlik Şurasında “birlik və həmrəylik” şəraitində təsdiqlənib.
“Bu razılaşmada təslimiyyət mənası daşıyan bircə maddə belə tapa bilməzlər. Bütün öhdəliklər qarşı tərəfin üzərinə düşür”, – Pezeşkian vurğulayıb.
O, həmçinin müharibə və danışıqlar proseslərinin bir-birinin alternativi olmadığını qeyd edib. Həzrət Əlinin sülhlə bağlı yanaşmasına istinad edən Pezeşkian əldə edilən razılaşmalara sadiq qalmağın vacibliyini bildirib.
Çıxışının mühüm hissəsində birlik çağırışı edən İran Prezidenti deyib:
“Birlikdə olsaq, güclüyük. Parçalanma olarsa, məhv olarıq.”
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 19 d. əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq





















