Samuxda xəstə heyvanlar təcrid edilib və müalicəyə cəlb olunub - AÇIQLAMA
Nazirlik: Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilibSamux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən əraziyə baytarlıq mütəxəssisləri cəlb olunub, təsərrüfatda epizootoloji araşdırma aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Heyvanlar kliniki müayinə edilib, zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Agentlik tərəfindən xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış, eləcə də heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb, xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb edilib. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda dezinfeksiya işləri həyata keçirilib.
Rayon ərazisində dezinfeksiya işləri aparılıb.
Mümkün risklərin qarşısının alınması məqsədilə xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində epizootoloji vəziyyət qiymətləndirilib, iri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib və seçmə üsulla termometriya aparılıb. Xəstəlik riski nəzərə alınaraq ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.
Hazırda xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Heyvanlarda gündəlik termometriya aparılır, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyəti qənaətbəxşdir.
Məlumat üçün qeyd edilib ki, qarayara torpaq mənşəli infeksiya olmaqla, törədicinin sporları ətraf mühitdə uzun müddət qala və heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, eləcə də zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər; bu baxımdan belə halların baş verməsi infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Müvafiq baytarlıq-sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl edildikdə, xəstəliyin yayılma və insanlar və heyvanlar üçün əlavə yoluxma riski minimuma endirilir.
Bildiririlib ki, Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 16 d. əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
-
15 saat əvvəl
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq





















