Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan balıq kürüsü ixracı 2,7 dəfə artıb – Azərbaycan 12 ölkəyə kürü satıb

Azərbaycan kürüsü ABŞ-dan Avstraliyaya qədər 12 ölkəyə ixrac olunur. Azərbaycan 7 ayda 6 min tondan çox dondurulmuş balıq ixrac edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan balıq kürüsü ixracı 2,7 dəfə artıb – Azərbaycan 12 ölkəyə kürü satıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AQTA: Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və balıqçılıq məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi istiqamətində mütəmadi monitorinqlər keçirilir.

Agentliyin yaydığı məlumatda bildirilir ki, monitorinqlər zamanı təsərrüfatların və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Balıqçılıq subyektlərinə baytarlıq və biotəhlükəsizlik tələblərinə əməl olunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək göstərilir. Bu tədbirlər balıqçılıq təsərrüfatlarında epizootoloji sabitliyin qorunması və məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ixrac imkanlarının da genişləndirilməsinə şərait yaradır.

Görülən nəzarət tədbirləri nəticəsində 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.

Bundan başqa, AQTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verən sənədlər imzalanıb.

Balıqyetişdirmə müəssisələrində yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsullarının Avropa İttifaqı bazarına ixrac icazəsinin davamlılığının təmin olunması məqsədilə illik əsasda “Balıq məhsullarında qalıqlara dair milli Monitorinq Planı” icra olunur və nəticələri Avropa İttifaqına təqdim edilir.

Balıq kürüsünün ixracında da əhəmiyyətli artım qeydə alınıb. Bu ilin 7 ayı ərzində 954,2 kq balıq kürüsü 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya ixrac olunub. Əvvəlki illə müqayisədə balıq kürüsünün ixrac həcmi 2,7 dəfə artıb. İxrac olunan balıq məhsulları və kürüsü idxalçı ölkələrin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı ilə təmin edilir. 

Kürü ilə yanaşı, balıqyetişdirmə müəssisələrində yetişdirilən müxtəlif balıq növlərinin də Avropa İttifaqı və Birləşmiş Krallıq bazarına ixrac icazəsinin əldə edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq işlər görülməkdədir.

Azərbaycana soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal olunur. İdxal olunan məhsullara AQTA tərəfindən sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq edilir. Məhsulların təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri, habelə orqanoleptik xüsusiyyətləri qiymətləndirilir və laborator müayinələrə cəlb olunur.

Agentlik tərəfindən 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparılıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.

AQTA tərəfindən həyata keçirilən risk əsaslı monitorinqlər, laborator nəzarət və biotəhlükəsizlik tədbirləri balıqçılıq sahəsində epizootoloji sabitliyin və təhlükəsiz məhsul istehsalının təmin olunmasına, daxili bazarın təhlükəsiz balıqçılıq məhsulları ilə təmin edilməsinə, həmçinin Azərbaycanın balıqçılıq məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının qorunmasına və ixrac potensialının artırılmasına xidmət edir.

İş elanları AzVak.az-da

balıq ixracı Azərbaycan balıq ixracı dondurulmuş balıq balıq məhsulları balıqçılıq akvakultura balıq kürüsü kürü ixracı Azərbaycan kürüsü 6 108 7 ton balıq 81 3% artım 954 2 kq kürü 2 7 dəfə artım Rusiya Qazaxıstan Türkmənistan Çin bazarı Çin Xalq Respublikası Baş Gömrük Administrasiyası Avropa İttifaqı Birləşmiş Krallıq ABŞ Niderland Kanada Avstraliya Sinqapur İtaliya balıqçılıq müəssisələri balıqyetişdirmə nərəkimilər nərə kürüsü dəniz məhsulları baytarlıq sertifikatı biotəhlükəsizlik epizootoloji sabitlik laborator nəzarət balıq məhsullarının təhlükəsizliyi ixrac potensialı qeyri-neft ixracı balıq idxalı soyudulmuş balıq dondurulmuş balıq idxalı 20 balıqçılıq müəssisəsi 24 yoxlama 18 müəssisədə uyğunsuzluq AQTA yoxlamaları balıq bazarı Azərbaycan ixracı
21.08.2026 10:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19