Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Güzəştli mənzil” bir sıra dəyişikliklər edilib

Güzəştli mənzil satışında YENİ QAYDA – əvvəlcə yalnız ünvan üzrə seçim olacaq. MİDA mənzil seçimində böyük dəyişiklik edib – “Təsdiq et” düyməsi kifayət edəcək.
AzVak-mobil_resmin_ustu_31
“Güzəştli mənzil” bir sıra dəyişikliklər edilib

Vətəndaşların məmnunluğunun artırılması və “Güzəştli mənzil” sistemindən istifadənin daha əlçatan olması Mənzil İnşaatı Dövlət Agentliyinin əsas prioritetlərindən biridir. Bu məqsədlə “Güzəştli mənzil” sisteminin funksionallığının artırılması, istifadəçilər üçün daha rahat, təhlükəsiz və bərabər seçim prosesinin yaradılması istiqamətində Agentlik tərəfindən müntəzəm olaraq müvafiq təkmilləşdirmə işləri davam etdirilir.

Bu barədə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov “Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklər mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, aparılan son təkmilləşdirmədən sonra “Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişikliklər edilib.

Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən, elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzilin digər şəxslər tərəfindən seçilməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq.

Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində “Mənzillər” bölməsi (“04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər”) vasitəsilə dəqiqləşdirərək seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər.

Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alırlar.

Daha sonra ardıcıl olaraq “xəritə üzərində” və “parametrlər üzrə” axtarış üsulları aktivləşəcək.

“Güzəştli mənzil” sistemində vətəndaşların mənzil seçimini daha rahat və operativ həyata keçirməsinə imkan verən bir sıra yeniliklər tətbiq edilib.

Xəritə üzərində seçim zamanı vətəndaş yalnız axtarış etdiyi binada, seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumat əldə edə biləcək. Parametrlər üzrə axtarış zamanı isə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görmək mümkün olacaq.

Bundan əvvəl keçirilən seçimlər zamanı bəzi vətəndaşlar otaq sayı və ödəniş üsulu ilə bağlı yanlış seçimlər ediblər. Tətbiq olunan yeniliklər isə vətəndaşlara seçim prosesini daha rahat və dəqiq həyata keçirməyə, bununla da mənzil seçmək şanslarını artırmağa imkan verəcək.

Gözləmə qaydasında mənzil seçimi zamanı da vətəndaşlar əvvəlcədən mənzillərin statuslarını görə biləcəklər. Beləliklə, gözləmə qaydasında seçim zamanı vətəndaş 1-ci və ya 2-ci sırada seçilməyən mənzillər barədə əvvəlcədən məlumat əldə edə biləcək. Bu da gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılmasına və vətəndaşların xidmətdən daha çevik və səmərəli istifadə etməsinə şərait yaradacaq.

Növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra isə layihəyə uyğun ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrıca yeni səhifədə yerləşdiriləcək.

Daha bir yenilik mənzil seçildikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq vətəndaşdan mənzili seçdikdən sonra elektron kabinet vasitəsilə ərizəsini imzalayıb təqdim etməsi tələb olunmayacaq. Belə ki, “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən mənzil seçimi zamanı vətəndaş “Təsdiq et” düyməsini sıxdıqdan dərhal sonra “ərizəçi” statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını alaraq prosesin daha sürətli və operativ həyata keçirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun yeni bölmə də yaradılıb. Vətəndaşlar mida.gov.az internet səhifəsində “Mənzillər” bölməsinə, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsinə keçid etməklə satışa çıxarılan bütün mənzillər, həmçinin mənzillərin axtarış üsulları barədə ətraflı məlumat əldə edə bilərlər.

Bildirilib ki, “Güzəştli mənzil” sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışı “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.

Mənzillərin satışı həm ipoteka kreditindən istifadə edilməklə, həm də şəxsi vəsait hesabına ödəniş yolu ilə həyata keçirilir.

İş elanları AzVak.az-da

MİDA Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzil Güzəştli mənzil sistemi MİDA mənzilləri güzəştli mənzil satışı MİDA satışları MİDA 2026 4 sentyabr 2026 güzəştli mənzil 2026 mənzil seçimi elektron mənzil seçimi MİDA elektron kabinet e-gov.az Elektron hökumət portalı MİDA yeni qaydalar güzəştli mənzil yeni qaydalar MİDA dəyişiklikləri mənzil ünvan üzrə seçim xəritə üzrə mənzil seçimi parametrlər üzrə mənzil seçimi Demo satış MİDA Demo satış gözləmə qaydasında mənzil seçimi mənzil statusu MİDA ərizəçi statusu Təsdiq et düyməsi elektron ərizə güzəştli ipoteka ipoteka ilə mənzil şəxsi vəsaitlə mənzil dövlət mənzilləri sosial mənzil ucuz mənzil Azərbaycanda güzəştli mənzil MİDA mənzil almaq MİDA satış elanları mida.gov.az mənzil seçim prosesi MİDA təhlükəsizlik tədbirləri güzəştli mənzil almaq hüququ elektron kabinet MİDA layihələri.
20.08.2026 12:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19