Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Tramp "Məkkə sazişini" alqışlayıb

AzVak-mobil_resmin_ustu_31
Tramp "Məkkə sazişini" alqışlayıb

ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini alqışlayaraq, bunu “böyük, cəsarətli və mühüm ilk addım” adlandırıb.

Marja xəbər verir ki, Tramp Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı sosial media hesabında paylaşım edib.

Reklam_3_11

ABŞ Prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın sazişi imzalamasından böyük məmnunluq duyduğunu bildirib.

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkə Birgə Müdafiə Sazişini imzaladıqlarını görməkdən böyük məmnunluq duyuram”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, razılaşma Yaxın Şərq ölkələrinin bir araya gəlməsinin və region dövlətlərinin özlərini daha effektiv şəkildə müdafiə etmək imkanlarının genişlənməsinin göstəricisidir.

Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəhbərlərini də təbrik edib.

“Bu, böyük, cəsarətli və mühüm ilk addımdır. İnanılmazdır”, – ABŞ Prezidenti bildirib.

Saziş avqustun 7-də imzalanıb

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən sammit çərçivəsində imzalanıb. Sazişin imzalanmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak ediblər.

Razılaşmanın əsas məqsədlərindən biri üç ölkə arasında hərbi koordinasiyanın və birgə çəkindirmə imkanlarının gücləndirilməsidir.

Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək. Bu prinsip üç ölkə arasında kollektiv müdafiə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.

Razılaşma çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi, texnologiya transferi və birgə istehsal imkanlarının yaradılması da planlaşdırılır.

Türkiyə tərəfi daha əvvəl bildirmişdi ki, sazişin həyata keçirilməsi üçün strateji, siyasi və hərbi mexanizmlərin yaradılması üzərində iş aparılır. Müvafiq institusional mexanizmlər formalaşdırıldıqdan sonra digər ölkələrin də bu müdafiə əməkdaşlığına qoşulması mümkün ola bilər.

Trampın sazişə açıq dəstək ifadə etməsi isə NATO üzvü Türkiyə ilə Yaxın Şərq və Cənubi Asiyanın iki mühüm hərbi-siyasi gücü – Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan yeni müdafiə formatına Vaşinqtonun münasibəti baxımından diqqət çəkir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

17.08.2026 10:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19