Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyanın xarici ticarət profisiti 73,4 milyard dollara çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın xarici ticarət profisiti 73,4 milyard dollara çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın xarici ticarət profisiti bu ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 73,4 milyard dollara yüksəlib.

Rusiya Federal Gömrük Xidməti yanvar–iyun ayları üzrə xarici ticarət göstəricilərini açıqlayıb.

Reklam_3_11

Marja xəbər verir ki, hesabat dövründə Rusiyanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 milyard dollar artaraq 219,5 milyard dollara, idxalı isə 14,2 milyard dollar yüksələrək 146,1 milyard dollara çatıb.

Beləliklə, ölkənin xarici ticarət dövriyyəsi 11,4% artaraq 365,6 milyard dollar təşkil edib. Xarici ticarət profisiti isə 14% yüksələrək 73,4 milyard dollar olub.

Rusiyanın Avropa ölkələrinə ixracı 5,6% azalaraq 28 milyard dollara düşüb, bu ölkələrdən idxalı isə 8,7% artaraq 37,1 milyard dollara çatıb.

Ölkənin Asiya dövlətlərinə ixracı 17,2% artaraq 174,9 milyard dollara, həmin region ölkələrindən idxalı isə 12,6% yüksələrək 98,9 milyard dollara çatıb.

Afrika ölkələri ilə ticarət zəifləyib

Rusiyanın Afrika ölkələrinə ixracı 1,1% artaraq 10,7 milyard dollara yüksəlib, bu ölkələrdən idxalı isə 9,9% azalaraq 2,2 milyard dollara düşüb.

Rusiyanın Şimali və Cənubi Amerika ölkələrinə ixracı 12,1% azalaraq 5,7 milyard dollar təşkil edib. Həmin ölkələrdən idxal isə 4,6% artaraq 7,9 milyard dollara çatıb.

Məlumata əsasən, Rusiyanın əsas ixrac məhsullarını 120,7 milyard dollarlıq göstərici ilə mineral xammal və mineral məhsullar təşkil edib. Əsas idxal kateqoriyası isə 70,9 milyard dollara çatan maşın, avadanlıq və nəqliyyat vasitələri olub.

Xatırladaq ki, Rusiyanın xarici ticarət profisiti 2025-ci ildə əvvəlki illə müqayisədə 8,2% azalaraq 139,3 milyard dollara düşmüşdü.

11.08.2026 07:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19