970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO

Bakıxanovda 350 mənzillik nəhəng yaşayış kompleksi təqdim edildi. İlk alıcılar mənzilləri 4,5% endirimlə əldə edəcəklər. Həmçinin Bakıda ev almaq daha əlçatan oldu – Cəmi 10% ödə, mənzil sahibi ol
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO

Avant Group-un yeni layihəsi olan Green by Avant-ın rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə şirkət rəhbərliyi, tərəfdaşlar, media nümayəndələri və dəvətli qonaqlar iştirak edərək layihənin üstünlükləri və satış şərtləri ilə yaxından tanış olublar.

Bakıxanov qəsəbəsində Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsi müasir memarlığı, funksional planlaşdırması və yaşıl həyat konsepsiyası ilə fərqlənən yeni nəsil yaşayış kompleksidir.

Ümumi sahəsi 1,5 hektar olan layihə 350 mənzildən ibarətdir və sakinlərinə komfortlu, təhlükəsiz və keyfiyyətli həyat tərzi təqdim etməyi hədəfləyir.

Layihənin əsas üstünlüklərindən biri isə ABB və Avant Group arasında imzalanmış tərəfdaşlıq memorandumu çərçivəsində yaradılan yeni maliyyələşdirmə imkanıdır. Artıq alıcılar cəmi 10% ilkin ödəniş etməklə ipoteka krediti vasitəsilə mənzil sahibi ola biləcəklər. Bu əməkdaşlıq Azərbaycanın daşınmaz əmlak bazarında mühüm yenilik olmaqla, geniş auditoriya üçün mənzil əldə etməyi daha əlçatan edir.

Layihədə sahələri 53,94 m²-dən 108 m²-dək dəyişən, müxtəlif ailə tələbatlarına cavab verən mənzil seçimləri təqdim olunur. Bütün mənzillər ağ suvaq (white box) təhvil veriləcək ki, bu da alıcılara interyeri öz zövqlərinə uyğun şəkildə dizayn etmək imkanı yaradacaq.

Green by Avant layihəsinin təqdimatı çərçivəsində alıcılar üçün xüsusi kampaniya da elan olunub. Belə ki, layihədəki 350 mənzilin ilk 10%-i alıcılara 4,5% endirimlə təklif olunacaq. Bu kampaniya yalnız ilk alıcılar üçün nəzərdə tutulub və mənzil sahibi olmaq istəyənlərə sərfəli qiymət şərtlərindən yararlanmaq imkanı yaradır.

Təqdimat mərasimində çıxış edən Avant Group-un təsisçisi Əli Hüseynov bildirib ki, Green by Avant yalnız yaşayış kompleksi deyil, eyni zamanda insanların rahatlığını, təhlükəsizliyini və rifahını ön planda tutan müasir həyat konsepsiyasıdır. Layihədə yaşıllıq zolaqları, istirahət məkanları, uşaqlar üçün oyun sahələri və gündəlik həyatı daha rahat edən infrastruktur elementləri nəzərdə tutulub.

Layihə haqqında ətraflı məlumat əldə etmək və kampaniyadan yararlanmaq üçün *0241 və ya Bakıxanov qəs. Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsinin satış ofisinə müraciət edə bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Green by Avant Avant Group Əli Hüseynov ABB ipoteka krediti 10 faiz ilkin ödəniş Bakıxanovda yeni tikili Bakıxanovda mənzillər yeni yaşayış kompleksi daşınmaz əmlak mənzil satışı 350 mənzil 4 5 faiz endirim güzəştli mənzil kampaniyası ağ suvaq mənzil white box mənzil yaşıl həyat konsepsiyası müasir yaşayış kompleksi Ruhulla Axundov küçəsi yeni tikili mənzillər ipoteka ilə mənzil mənzil krediti Avant Group layihələri Azərbaycan daşınmaz əmlak bazarı
10.08.2026 10:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19