Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sony və TSMC Yaponiyada təsvir sensorları istehsalına 6,3 milyard dollar yatıracaq

AzVak-mobil_resmin_ustu_31
Sony və TSMC Yaponiyada təsvir sensorları istehsalına 6,3 milyard dollar yatıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Sony” və “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) Yaponiyada yeni nəsil təsvir sensorlarının istehsalı üçün birgə müəssisəyə təxminən 1 trilyon yen (6,3 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Marja xaəbər verir ki, bu bardə “Nikkei” bazar ertəsi məsələdən məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumatın yayılmasından sonra “Sony”nin səhmləri 1,02 faiz bahalaşaraq 3 min 759 yenə, TSMC-nin səhmləri isə 0,84 faiz artaraq 2 min 390 Tayvan dollarına yüksəlib.

Birgə müəssisədə payların təxminən 60 faizinin “Sony”yə, 40 faizinin isə TSMC-yə məxsus olacağı gözlənilir. Kütləvi istehsala 2029-cu ildən başlanılması mümkündür.

Şirkətlərin yaxın vaxtlarda investisiya sazişini yekunlaşdıracağı və “Sony”nin 2027-ci ilin martında başa çatacaq 2026-cı maliyyə ilinin sonunadək birgə müəssisəni yaradacağı gözlənilir.

Yeni müəssisə “Sony Semiconductor Solutions” şirkətinin Kumamoto prefekturasının Koşi şəhərində yerləşən mövcud zavodunda yüksək məhsuldarlıqlı kamera sensorları hazırlayacaq və istehsal edəcək.

Şirkətlər layihəyə mümkün dövlət subsidiyalarının ayrılması məsələsini də Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi ilə müzakirə edirlər.

İstehsal ediləcək sensorların “Apple”ın “iPhone” smartfonlarında istifadə olunacağı gözlənilir. “Sony” və TSMC, həmçinin robotlar və avtonom nəqliyyat vasitələri daxil olmaqla, inkişaf etməkdə olan “fiziki süni intellekt” tətbiqləri üçün sensorların məhsuldarlığını artırmağı hədəfləyirlər.

Planlaşdırılan investisiyanın həcmi “Sony”nin yarımkeçirici biznesinin təxminən dörd illik kapital xərclərinə bərabərdir. Məbləğ, həmçinin TSMC-nin Kumamotoda yerləşən ilk çip zavoduna yatırdığı təxminən 8,6 milyard dollarlıq sərmayəyə yaxın olacaq.

“Sony” qlobal CMOS təsvir sensorları bazarının yarıdan çoxuna nəzarət edir.

Dünyanın qabaqcıl yarımkeçirici istehsalçısı olan TSMC ilə tərəfdaşlıq “Samsung Electronics” və Çinin “OmniVision” şirkəti kimi rəqiblərin bu sahəyə investisiyalarını artırdığı bir dövrdə “Sony”nin bazar mövqeyini gücləndirə bilər.

İş elanları AzVak.az-da

10.08.2026 08:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19