970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlon Maskdan 16,8 milyard dollarlıq süni intellekt həmləsi: Nəhəng çip müəssisəsi qurulur

AzVak-mobil_resmin_ustu_31
İlon Maskdan 16,8 milyard dollarlıq süni intellekt həmləsi: Nəhəng çip müəssisəsi qurulur

İlon Maskın “SpaceX” və “Tesla” şirkətləri süni intellektə yönəlmiş çip istehsalı gücünü artırmaq məqsədilə ABŞ-nin Texas ştatında yaradılacaq “Terafab” yarımkeçirici kompleksinə ilkin mərhələdə 16,8 milyard dollar sərmayə yatıracaqlarını açıqlayıblar.

Marja xəbər verir ki, “SpaceX”in məlumatına görə, inşa ediləcək müəssisə qlobal çip təklifi ilə “SpaceX” və “Tesla”nın gələcəkdə ehtiyacı yaranacağı 1 teravattdan çox hesablama gücü arasındakı fərakı fərqi aradan qaldırmağı hədəfləyir.

Reklam_3_11

Süni intellekt çiplərinin istehsal gücü artırılacaq

“Reuters”in məlumatına görə, layihənin birinci mərhələsinə 16,8 milyard dollar sərmayə qoyulacaq. Sonrakı dövrlərdə istehsal gücünün artırılması ilə ümumi investisiya məbləğinin daha da yüksələcəyi gözlənilir. Müəssisənin ən azı 3 min nəfəri işlə təmin edəcəyi proqnozlaşdırılır.

İlon Mask bildirib ki, “Terafab” ABŞ-yə qabaqcıl texnologiyaların istehsalı sahəsində yeni imkanlar qazandıracaq, minlərlə yüksək maaşlı iş yeri yaradacaq, həm Yer kürəsində, həm də kosmosda istifadə üçün süni intellekt çiplərinin geniş miqyasda istehsalına şərait yaradacaq.

Təxminən 100 milyon kvadratmetrlik ərazidə yaradılması planlaşdırılan müəssisədə qabaqcıl məntiq və yaddaş çipləri istehsal ediləcək, qablaşdırılacaq və sınaqdan keçiriləcək.

İstehsal olunacaq prosessorlardan “Tesla”nın “Optimus” humanoid robotlarında və “Cybercab” avtomobillərində, həmçinin “SpaceX”in kosmosda yerləşən məlumat mərkəzlərində istifadə ediləcək.

İş elanları AzVak.az-da

07.08.2026 10:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19