Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin ®
Birbank müştəriləri üçün yeni kampaniyaya start verir.
Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il tarixləri arasında Birbank Star kartını əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər.
Kampaniya gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün əlavə üstünlüklər də yaradır. Belə ki, aktiv Birbank Star kartı olmayan və kampaniya müddətində yeni Birbank Star kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. Bununla yanaşı, Birbank Star kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə, Bir ekosisteminin partnyorlarında etdikləri ödənişlərə görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından faydalana bilərlər.
Birbank Star istifadəçilərə kredit vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini əlavə faiz yükü olmadan idarə etməyə imkan verir.
Birbank Star kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək mümkündür.
Kartın sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500 manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/psr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
22 d. əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
26 d. əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
31 d. əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
55 d. əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Ən çox oxunanlar
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq

















