Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azəri-Çıraq-Günəşlidən hasilat stabil qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azəri-Çıraq-Günəşlidən hasilat stabil qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Bu barədə Marja.az bp-Azərbaycana istinadən xəbər verir.

Qeyd edilib ki, AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanmışdır. 

Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam etmişdir, o cümlədən beş quyuda sualtı müdaxilə işləri uğurla tamamlanmışdır, hazırda isə altıncı quyuda işlər davam edir.

Mərkəzi Azəri platformasında hazırda həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi üzrə işlər ilin birinci yarısında plana uyğun davam etmişdir. Bu layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilmişdir. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilmişdir.

CAGE layihəsi Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında Mərkəzi Azəri platformasında aparılacaq planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa çatacaq.

Hasilat

2026-cı ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73 300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq (24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, 2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olmuşdu.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İlin birinci yarısında AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.

Bu quyulardan biri - Qərbi Azəri platformasından qazılmış və uğurla təhvil verilmiş C44 neft hasilatı quyusu, Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilmiş, və nəticədə quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilmişdir.

Multilüləli quyu texnologiyasının AÇG-də uğurlu tətbiqi bu yetkin yataqdan neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.

Səmt qazı

2026-cı ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Sərbəst qaz

2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçdi.

AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanmışdır. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdi.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanmışdır və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. 

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

STQ-dən əlavə, ilk hasilat quyusu Qırmakıaltı Qumlu lay dəstinin dibində, qaz və su laylarının arasında yerləşən neft halqası da aşkar etmişdir. İlk neft halqası quyusu Dərinsulu Günəşli platformasından qazılmaq üçün planlaşdırılmış və qazma işləri may ayında başlanmışdır. Bu quyuda qazma əməliyyatlarının 2026-cı ilin ikinci yarısında başa çatacağı gözlənilir.

İlk neft halqası quyusundan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da AÇG sahəsində gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

AÇG-də iştirak payları: bp (operator - 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

06.08.2026 12:12
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19