Orxan Nəzərli: Vergi dərəcələrini artırmaqda maraqlı deyilik
Dövlət Vergi Xidməti 500 təklifi araşdırıb – 180-i qəbul edildibDövlət Vergi Xidməti (DVX) vergi dərəcələrinin artırılmasında maraqlı deyil. Vergi qanunvericiliyinə edilən dəyişikliklərin böyük əksəriyyəti vergi yükünü artırmağa deyil, biznes mühitinin yaxşılaşdırılmasına, vergi inzibatçılığının sadələşdirilməsinə və könüllü vergi əməletməsinin gücləndirilməsinə xidmət edir.
Marja.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, sahibkarlar və Milli Məclisin deputatları ilə görüşlərdə tez-tez Vergi Məcəlləsinə hər il edilən dəyişikliklərin sayı ilə bağlı suallar səsləndirilir.
Orxan Nəzərli qeyd edib ki, dəyişikliklərin sayından daha çox onların mahiyyətinə diqqət yetirmək lazımdır.
Vergi dərəcələri demək olar ki, artırılmayıb
DVX rəhbəri bildirib ki, son illərdə vergi daxilolmalarındakı artım vergi dərəcələrinin artırılması hesabına baş verməyib. Onun sözlərinə görə, Vergi Məcəlləsində vergi dərəcəsinin artırılması ilə bağlı əsas dəyişiklik yalnız aksiz vergilərinə aid olub. Bu dəyişikliklər isə əsasən tütün və alkoqollu məhsullara tətbiq edilən aksiz dərəcələrinin mərhələli şəkildə artırılması ilə bağlıdır.
Orxan Nəzərli vurğulayıb ki, bu artımlar əvvəlcədən biznes ictimaiyyətinə açıqlanıb və onların Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi göstəricilərə uyğunlaşdırılması məqsədi daşıdığı bildirilib.
500 təklifdən 180-i məqsədəuyğun hesab olunub
DVX rəhbərinin sözlərinə görə, biznes assosiasiyaları və sahibkarlarla keçirilən çoxsaylı görüşlər nəticəsində təxminən 500 təklif toplanıb. Bu təkliflərdən 180-i məqsədəuyğun hesab edilib.
Orxan Nəzərli bildirib ki, həmin təkliflərin təxminən yarısı artıq qanunvericilikdə öz əksini tapıb, qalan hissəsi üzrə isə təhlillər davam etdirilir.
Biznes üçün yeni güzəştlər tətbiq olunur
DVX rəhbəri qeyd edib ki, son dəyişikliklər əsasən biznes mühitinin yaxşılaşdırılmasına yönəlib. O bildirib ki, ötən il nağdsız hesablaşmaları stimullaşdırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 min manatlıq dövriyyə limiti müəyyən hallarda 400 min manata qədər artırılıb.
Bundan başqa, kirayə gəlirləri ilə bağlı da vergi güzəştləri tətbiq edilib.
Əsas məqsəd könüllü vergi ödənişidir
Orxan Nəzərli bildirib ki, cəmiyyətdə bəzən Dövlət Vergi Xidmətinin yüksək vergi dərəcələrində maraqlı olması barədə yanlış təsəvvür formalaşır.
Onun sözlərinə görə, bu yanaşma doğru deyil.
DVX rəhbəri vurğulayıb ki, qurumun strateji hədəfləri vergi planının icrası, vergi boşluğunun azaldılması, kölgə iqtisadiyyatının kiçildilməsi, etimad mühitinin gücləndirilməsi və könüllü vergi əməletməsinin artırılmasından ibarətdir.
"Vergi dərəcələri yüksəldikcə vergilərin könüllü şəkildə toplanması çətinləşir və nəzarət tədbirlərini artırmaq lazım gəlir. Biz isə məhz vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirilməsində maraqlıyıq", – deyə Orxan Nəzərli bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 21 d. əvvəl
-
1 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
1 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
1 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
1 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Ən çox oxunanlar
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq


















