Orxan Nəzərli: Azərbaycanda vergi daxilolmalarının 92 %-i könüllü ödənişlər hesabına formalaşır
Qeyri-neft sektorunda könüllü vergi ödənişləri 90 %-ə çatıb. Dövlət Vergi Xidməti: "Vergi ödəmək vətəndaş üçün əlavə yük olmamalıdır"Azərbaycanda vergi daxilolmalarının böyük hissəsi könüllü şəkildə ödənilir. Hazırda dövlət büdcəsinə daxil olan vergi vəsaitlərinin 92 %-dən çoxu vergi ödəyicilərinin öhdəliklərini könüllü icra etməsi hesabına formalaşır.
Marja xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, vergi mədəniyyəti uzun illər ərzində formalaşan mürəkkəb bir anlayışdır və bunu birbaşa ölçmək çətindir. Buna görə də Dövlət Vergi Xidməti vergi mədəniyyətinin əsas göstəricisi kimi könüllü vergi ödənişlərinin səviyyəsini izləyir.
"Daxili motivasiyanın ən konkret və ölçülə bilən göstəricilərindən biri məhz könüllü vergi ödənişləridir. Əgər vergi ödəyicisi öhdəliyini özü hesablayıb könüllü şəkildə ödəyirsə, bu, vergi mədəniyyətinin formalaşdığını göstərir", – deyə Orxan Nəzərli bildirib.
Dövlət Vergi Xidmətinin rəisi qeyd edib ki, hazırda ümumi vergi daxilolmalarının tərkibində könüllü ödənişlərin payı 92 %-dən yuxarıdır.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunda bu göstərici bir qədər aşağı olsa da, təxminən 90 % səviyyəsindədir.
Orxan Nəzərli bildirib ki, qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının yüksək templə artması ilə yanaşı, könüllü ödənişlərin də artması cəmiyyətdə vergi mədəniyyətinin gücləndiyini göstərir.
"Bu onu göstərir ki, vətəndaşlarımız dövlətin inkişafında iştirak etmək istəyir və vergilərini könüllü şəkildə ödəyirlər", – deyə o vurğulayıb.
Dövlət Vergi Xidmətinin rəisi əlavə edib ki, qurumun əsas məqsədi vergi ödəyiciləri üçün rahat ekosistem yaratmaqdır ki, vergi öhdəliyinin yerinə yetirilməsi əlavə yük kimi qəbul edilməsin.
Onun sözlərinə görə, vergi mədəniyyətinin yüksəldilməsi, könüllü əməletmənin artırılması və insan kapitalının gücləndirilməsi Dövlət Vergi Xidmətinin strateji hədəfləri sırasındadır.
Orxan Nəzərli qeyd edib ki, bu istiqamətlər üzrə müəyyən edilmiş göstəricilər mütəmadi izlənilir və son illər müsbət dinamika müşahidə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
10 d. əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 23 d. əvvəl
-
1 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
1 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
1 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
1 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq




















