970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib

AzVak-mobil_resmin_ustu_31
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın enerji nəhəngi BP çərşənbə axşamı ikinci rüb üzrə mənfəətinin kəskin artdığını açıqlayıb. Marja xəbər verir ki, ABŞ ilə İran arasındakı hərbi qarşıdurma fonunda neft və qaz qiymətlərinin yüksəlməsi qlobal enerji şirkətlərinin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb.

Neft nəhənginin xalis mənfəətin əsas göstəricilərindən biri kimi istifadə olunan düzəliş edilmiş əvəzləmə dəyəri üzrə mənfəəti aprel–iyun aylarında 5,7 milyard dollar təşkil edib. Bu nəticə LSEG-nin tərtib etdiyi konsensusa əsasən, analitiklərin 5 milyard dollarlıq proqnozunu rahatlıqla üstələyib.

BP ötən ilin eyni dövründə 2,35 milyard dollar, 2026-cı ilin ilk üç ayında isə 3,2 milyard dollar xalis mənfəət əldə etmişdi.

Nəticələr Yaxın Şərqdə genişlənən münaqişənin neft və qaz qiymətlərini kəskin artırdığı bir dövrə təsadüf edir. Döyüşlər dünya üzrə neft və təbii qaz daşımalarının təxminən beşdə birinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırıb.

Tramp neft şirkətlərini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Amerikanın neft nəhəngləri “Exxon Mobil” və “Chevron”u İran müharibəsi fonunda yanacağın bahalaşmasından istifadə edərək “həddindən artıq pul qazanmaqda” ittiham edib. Tramp yanacaqdoldurma məntəqələrində qiymətlərin aşağı salınması tələbini bir daha səsləndirib.

“Onlar yaranmış qıtlıq hesabına həddindən artıq pul qazanırlar. Bu, mənim xoşuma gəlmir”, – Tramp Ağ Evdə jurnalistlərə bildirib.

“Exxon”un ikinci rüb üzrə mənfəəti illik müqayisədə iki dəfədən çox artaraq 14,5 milyard dollara çatıb. “Chevron”un mənfəəti isə ötən ilin eyni dövründəki 2,5 milyard dollardan 12 milyard dollara yüksələrək təxminən 400% artıb. 

İkinci rübün əsas göstəriciləri

BP ikinci rüb üzrə adi səhmlərə düşən dividendini 4% artıraraq 8,66 sentə yüksəldib. Şirkətin əməliyyat fəaliyyətindən pul axını, düzəliş edilmiş dövriyyə kapitalında 1 milyard dollarlıq artım nəzərə alındıqdan sonra 10,9 milyard dollar təşkil edib.

BP-nin xalis borcu martın sonundakı 25,3 milyard dollardan iyunun sonunda 22,25 milyard dollara düşüb.

BP-nin baş icraçı direktoru Meq O’Nil bildirib ki, ikinci rübün nəticələri qrupun bütün fəaliyyət istiqamətləri üzrə güclü göstəricilərlə dəstəklənib. O, Trampın iri neft şirkətlərinə yönəlmiş tənqidlərinə də münasibət bildirib.

“Adi ailələrin avtomobillərini yanacaqla doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə daxil olduqda qiymətləri görərək hansı təzyiqlə üzləşdiyini anlayıram. Reallıq budur ki, biz qlobal əmtəə istehsal edirik və satdığımız məhsulun qiyməti həmin əmtəənin dünya bazarındakı qiymətindən asılıdır”, – O’Nil CNBC-nin “Squawk Box Europe” proqramına deyib.

“BP vəziyyətin həllinə kömək edə biləcək məsələlərə diqqət yetirir. Həm neft hasil etdiyimiz aktivlərin, həm də onu emal etdiyimiz neft emalı müəssisələrinin etibarlılığını artırmaq üçün intensiv çalışırıq”, – şirkət rəhbəri əlavə edib.

O’Nil bildirib ki, BP istehlakçıların müxtəlif dövrlərdə daha çox ehtiyac duyduğu məhsulların əlçatanlığını maksimum səviyyəyə çatdırmaq üçün neft emalı proseslərində dəyişikliklər edib. O, təyyarə yanacağı və dizeli buna nümunə göstərib.

BP artıq ən yüksək borclu neft şirkəti deyil

“Citi”nin analitikləri bildiriblər ki, BP-nin xalis borcunu rüblük müqayisədə əhəmiyyətli dərəcədə azaltması şirkətin beynəlxalq neft nəhəngləri arasında ən yüksək borclanma səviyyəsinə malik şirkət mövqeyindən çıxmasına imkan verib. Borcun ilin ikinci yarısında da azalacağı gözlənilir.

“Səhmlərin geri alınması proqramının dördüncü rübün nəticələri açıqlanarkən dayandırılması, şübhəsiz, bu azalmanın əsas səbəblərindən biridir. Dividendin 4% artırılması isə şirkətin maliyyə mövqeyinin yaxşılaşmasının qismən təsdiqidir”, – analitiklər araşdırma hesabatında qeyd ediblər.

Şirkət strukturunu sadələşdirir

BP çərşənbə axşamı “Archaea Energy” şirkətinin mümkün satışı üçün bazara çıxarılması prosesinə başladığını açıqlayıb. BP bərpaolunan enerji biznesini genişləndirmək məqsədilə ABŞ-nin bioqaz şirkətini 2022-ci ildə 4,1 milyard dollara almışdı. Lakin enerji nəhəngi 2025-ci ilin əvvəlində bu strategiyadan imtina edib.

BP əsas neft və qaz biznesinə yenidən üstünlük verərək strukturun sadələşdirilməsi prosesini davam etdirir. Şirkət borcunu azaltmaq məqsədilə əsas fəaliyyətinə daxil olmayan aktivlərini satır.

BP bazar ertəsi Gelzenkirxendəki neft emalı zavodunun və onunla əlaqəli müəssisələrin “Klesch Group” investisiya şirkətinə satışını tamamladığını bildirib. Sövdələşmənin şirkətin baza əməliyyat xərclərini təxminən 1 milyard dollar azaltması gözlənilir.

Rəhbərlikdə dəyişikliklər davam edir

BP son dövrlərdə rəhbər şəxslərin ardıcıl dəyişməsi ilə müşayiət olunan qeyri-sabit mərhələdən sonra idarəetmə komandasını sabitləşdirməyə çalışır.

London birjasında səhmləri ticarət edilən şirkət may ayında cəmi səkkiz ay vəzifədə çalışmış sədr Albert Manifoldu qəfil işdən çıxarıb. Direktorlar Şurası qərarı korporativ idarəetmə standartları, nəzarət və davranış qaydaları ilə bağlı “ciddi narahatlıqlarla” əsaslandırıb. Manifold isə ona qarşı irəli sürülən iddiaları qəbul etməyib.

BP-nin səhmləri çərşənbə axşamı səhər saatlarında 0,8% bahalaşıb. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən bəri 27%-dən çox yüksəlib.

04.08.2026 23:04
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19