TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb.
Bankın yaydığı məlumatda bildirilir ki, layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr Bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.
Layihənin yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri Bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
TuranBank fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 44 d. əvvəl
-
53 d. əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
1 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
1 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
2 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib






















