Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dən çıxdı, bütün payını SOCAR-a satdı

AÇG-də 30 illik Yaponiya səhifəsi bağlandı: SOCAR “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb. SOCAR AÇG-də əlavə 3,65% pay alıb, şirkətin payı 31,65%-dən 35,3%-ə yüksəlib.
AzVak-mobil_resmin_ustu_31
Yaponiyanın “ITOCHU” şirkəti “Azəri-Çıraq-Günəşli”dən çıxdı, bütün payını SOCAR-a satdı

İştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Marja xəbər verir ki, bu, SOCAR-n yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, alqı-satqı prosesinə qədər “ITOCHU” korporasiyası AÇG layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “AÇG layihəsi uzun illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır. Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli tərəfdaşlığa görə ITOCHU korporasiyasına təşəkkürümüzü bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad əsasında uğurla həyata keçiriləcək”.

ITOCHU korporasiyasının baş əməliyyat direktoru, Enerji və enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada bildirib: “ITOCHU 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə möhkəm tərəfdaşlıq qurub. AÇG son dərəcə uğurlu layihədir və uzun illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə qərarımız həm ITOCHU-nun inkişaf edən strateji prioritetlərini, həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək öhdəliyimizi əks etdirir. Buna görə də bu satış ITOCHU-nun Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan ITOCHU-nun investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq. SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

SOCAR haqqında:

SOCAR — Azərbaycanda yerləşən qlobal enerji şirkətidir. Şirkət enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşır. Cənubi Qafqaz regionunun ən böyük inteqrə olunmuş enerji müəssisəsi olan SOCAR beynəlxalq bazarlarda da əhəmiyyətli mövqeyə malikdir.

ITOCHU haqqında:

1858-ci ildə təsis edilmiş ITOCHU korporasiyası Yaponiyanın ən iri ticarət və investisiya konqlomeratlarından biridir. Təxminən 61 ölkədə 90 ofisi olan ITOCHU dünya üzrə enerji, faydalı qazıntılar, sənaye müəssisələri, avtomobil sənayesi, kimya, qida və digər sahələrdə iri investisiya və ticarət fəaliyyəti həyata keçirir.

SOCAR Azəri-Çıraq-Günəşli AÇG layihəsi ITOCHU SOCAR ITOCHU sövdələşməsi AÇG-də pay satışı SOCAR-ın AÇG-dəki payı AÇG iştirak payı neft layihəsi qaz layihəsi AÇG yataqlar bloku sərbəst təbii qaz hasilatı Azərbaycanın enerji sektoru Azərbaycanın neft sənayesi Azərbaycanın qaz potensialı enerji təhlükəsizliyi strateji enerji layihəsi neft və qaz hasilatı enerji investisiyaları Yaponiya şirkəti Azərbaycan–Yaponiya əməkdaşlığı Rövşən Nəcəf Tetsuya Yamada Əsrin müqaviləsi Xəzər dənizi qlobal enerji bazarı SOCAR-ın yeni investisiyası AÇG tərəfdaşları enerji aktivlərinin satışı Azərbaycanda xarici investisiyalar
03.08.2026 15:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19