"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
Ayda 20 min manatdan çox pul qəbul edənlərdən əsaslandırma tələb oluna bilər. Pul çıxarmağa limit qoyulmur, karta mədaxil isə məhdudlaşdırılır. Azərbaycanda kart əməliyyatlarına YENİ YANAŞMA — Kimlərə limit qoyulmayacaq? Gündə 5 dəfədən çox pul qəbul edən kartlara nə olacaq? - Açıqlama verildi. Yeni kart limitləri kimlərə şamil edilməyəcək? İstisnalar açıqlandı. Yaxın qohumların köçürmələri limitdən kənarda qala bilərAzərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası tərəfindən ödəniş alətləri üzrə razılaşdırılmış yanaşmaya dair məlumat yayıb.
Marja.az məlumaatı təqdim edir:
Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.
Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilmişdir.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olanhər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmamışdır.
Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
49 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az























