Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Özbəkistanın smeş-burger (smash-burger) şəbəkəsi “the Burger” Azərbaycan bazarına daxil olur.
Marja.az-ın məlumatına görə, brend Qazaxıstan bazarına çıxdıqdan sonra beynəlxalq inkişafını davam etdirərək 2026-cı ilin avqustunda Bakıda, Zərifə Əliyeva küçəsi, 3 ünvanında ilk restoranını açacaq.
“the Burger” konsepsiyası təzə (dondurulmamış) mal ətindən smeş-burgerlərin hazırlanmasına, xüsusi reseptlə bişirilən brend bulkalarına və müəllif souslarına əsaslanır. Şəbəkə fəaliyyət göstərdiyi bütün ölkələrdə vahid keyfiyyət və hazırlanma standartlarına riayət edir.
Özbəkistanın “the Burger” brendi eyni vaxtda iki yeni xarici bazara daxil olur
Özbəkistanın smeş-burger şəbəkəsi “the Burger” inkişafının yeni mərhələsinə qədəm qoyduğunu açıqlayıb. Brend 2025-ci ildə Qazaxıstan bazarına daxil olduqdan sonra beynəlxalq ekspansiyasını davam etdirərək 2026-cı ilin avqustunda eyni vaxtda Bakı və İstanbulda restoran açacaq.
Bakıdakı restoranın menyusunda Daşkənd və Almatıdakı müştərilərə tanış olan “the Burger”in xüsusi reseptləri tam şəkildə qorunacaq. Bununla yanaşı, menyuya xüsusi bir yenilik də əlavə ediləcək: Azərbaycan auditoriyası üçün ölkənin qastronomik ənənələrindən ilhamlanaraq eksklüziv quzu ətindən burger təqdim olunacaq. Eyni zamanda, menyunun əsas konsepsiyası dəyişməz qalacaq.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bütün burgerlər üçün nəzərdə tutulan brend bulkaları bundan sonra da Özbəkistanda şəbəkənin vahid reseptinə ciddi şəkildə uyğun bişirilərək Bakıya gətiriləcək. Bu, fəaliyyət göstərilən ölkədən asılı olmayaraq məhsulun eyni keyfiyyətdə olmasını təmin edən standartın bir hissəsidir.
“Bakı ilə eyni vaxtda, avqust ayında İstanbulda da ‘the Burger’ restoranını açacağıq. Yeni məkan şəbəkənin yeddinci, Türkiyədə isə ilk restoranı olacaq və brendin fəaliyyət coğrafiyasını dörd ölkəyə çatdıracaq. Bu, vahid məhsul, xidmət və keyfiyyət standartlarına malik beynəlxalq restoran şəbəkəsinin yaradılması üzrə uzunmüddətli strategiyamızın həyata keçirilməsində növbəti addımdır”, — deyə “the Burger” şəbəkəsinin baş meneceri Bahodir Erqaşev bildirib.
“the Burger” üçün bu, sadəcə yeni restoranların açılması deyil, Özbəkistanda yaranmış beynəlxalq brendin formalaşdırılması strategiyasının həyata keçirilməsidir. Şirkət iki il ərzində Daşkənddəki bir restorandan bir neçə ölkədə fəaliyyət göstərən şəbəkəyə çevrilib.
“the Burger” layihəsinin əsası 2024-cü ilin mayında Daşkənddə qoyulub. Brendin fəlsəfəsi “Haqiqiy”, yəni “əsl” sözündə ifadə olunur. Bu fəlsəfə məhsulun əsl dadına hörmət prinsipi üzərində qurulub: ədviyyat əlavə edilməyən təzə mal əti, smeş texnologiyası, xüsusi reseptlə hazırlanan bulka və şirkətin öz istehsalı olan brend sousları.
Qeyd: “Smeş” ingiliscə “smash” sözünün Azərbaycan dilində tələffüzə uyğun yazılışıdır. “Əzmək”, “basmaq” mənasını verir. Smeş-burger hazırlanarkən mal ətindən olan küftə çox isti tavaya və ya metal bişirmə səthinə qoyularaq xüsusi alətlə güclü şəkildə basılır. Nəticədə ətin səthində xırtıldayan qızarmış təbəqə yaranır, içərisi isə şirəli qalır.
“smeş-burgerlər — “yüksək temperaturda basılaraq bişirilən burgerlər” və ya "ət küftəsinin isti səthdə basılaraq bişirildiyi burgerlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
17 d. əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
2 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
2 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
3 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















