970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

24 milyard manata yaxın dövlət borcu - 60 faizi qarşıdakı 5 ildə ödənilməlidir

AzVak-mobil_resmin_ustu_31
24 milyard manata yaxın dövlət borcu - 60 faizi qarşıdakı  5 ildə ödənilməlidir
 

2026-cı il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 23 milyard 830,6 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,2 faizini təşkil etmişdir.

Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4.616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982,0 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.

Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı

2026-cı il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,3 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı

Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil etmişdir.

Xarici dövlət borcu - Borcun strukturu

2026-cı il 01 iyul tarixinə xarici dövlət borcu 4.616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil etmişdir. Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalmışdır. 2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalmışdır.

Faiz növləri üzrə bölgü

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil etmişdir.

Kreditorlar üzrə bölgü

2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 35,7%-i Asiya İnkişaf Bankının, 30,0%-i avrobondların, 12,9%-i Dünya Bankının, 21,4%-i isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti

2026-cı ilin 01 iyul tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,6 dəfə üstələyir.

Ödəmə müddəti üzrə bölgü

Xarici dövlət borcunun 59,5 faizi 5 ilə qədər olan müddətdə, 34,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun Orta Ödəmə Müddəti

Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.

Valyuta üzrə bölgü

2026-cı il 01 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,4 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 2,9 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,5 faiz.

Xarici borclar üzrə ödənişlər

2026-cı ilin 01 iyul tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 290,7 milyon ABŞ dolları məbləğində əsas borc, 102,7 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

Avrobondlar üzrə məlumat

2026-cı il 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 30,0 faizini və ya 1 milyard 387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur.

İcraçı qurumlar üzrə bölgü

2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 43,6 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 56,4 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Kreditor növləri üzrə bölgü

2026-cı il 01 iyul tarixinə xarici dövlət borcunun 59,8 faizi çoxtərəfli maliyyə institutları üzrə, 30,0 faizi avrobondlar üzrə, 10,2 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.

Daxili dövlət borcunun illər üzrə dinamikası

2026-cı il 01 iyul tarixinə daxili dövlət borcu 15 milyard 982,0 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və ya 10,2 faiz azalmışdır. 2026-cı il 01 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalmışdır.

Borcun strukturu

2026-cı il 01 iyul tarixinə daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Dövriyyədə olan dövlət qiymətli kağızların həcmi

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 6,8 dəfə artaraq 2026-cı il 01 iyul tarixinə 7 milyard 234,6 milyon manata çatmışdır.

Dövlət istiqrazları üzrə ödənişlər

2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilmişdir. Eyni zamanda 1 milyard 971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilmiş, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilmişdir.

Dövriyyədə olan dövlət qiymətli kağızların ödəmə müddəti üzrə bölgüsü

Hesabat tarixinə dövriyyədə olan 7 milyard 234,6 milyon manat məbləğində dövlət qiymətli kağızların 51,6 faizi 5 ilədək, 48,4 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.

2025-ci ildə ortamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması, cari ilin 1 iyul tarixinə qısamüddətli dövlət istiqrazlarının ödənilərək dövriyyədən çıxarılması və daxili maliyyə bazarında uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) artaraq 3,86 il təşkil etməsinə səbəb olmuşdur.

Dövlət zəmanətli borc

2026-cı il 01 iyul tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 7 milyard 232,3 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 5,5 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 4 milyard 928,0 milyon manatı (2.898,8 milyon ABŞ dolları) və ya 68,1 faizi xarici dövlət zəmanətli kreditlərin, 2 milyard 304,3 milyon manatı və ya 31,9 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalmasının səbəbi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması olmuşdur.

Valyuta üzrə bölgü

2026-cı il 01 iyul tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 52,8 faiz, avro – 22,0 faiz, manat – 17,9 faiz, yapon yeni – 5,0 faiz, digər valyutalar – 2,3 faiz.

Ödəmə müddəti üzrə bölgü

Dövlət zəmanətli borcun 65,5 faizi 5 ilə qədər olan müddətdə, 21,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 13,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Faiz növləri üzrə bölgü

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 46,9 faizini sabit, 53,1 faizini isə dəyişkən faiz dərəcəli borc təşkil edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 
 
 
30.07.2026 10:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19