Taleh Kazımov: Bank sektorunda rəqabət yetərli səviyyədə deyil
“Dominant bankların qiymət siyasəti ümumi bazara təsir göstərir”Taleh Kazımov: Mərkəzi Bank biznes kreditləşməsində sərt tənzimləmə tətbiq etmir, əsas çağırış sektorda rəqabətin artırılmasıdır
Marja.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV və APA-ya müsahibəsində bildirib ki, biznes kreditləşməsi ilə bağlı Mərkəzi Bankın sərt tələblər tətbiq etdiyi barədə səsləndirilən fikirlərlə razı deyil. Onun sözlərinə görə, istehlak kreditləşməsində tənzimləmə həqiqətən sərtdir, lakin biznes kreditləri üzrə yanaşma beynəlxalq standartlarla müqayisədə daha yumşaqdır.
Sədr qeyd edib ki, Mərkəzi Bankın biznes kreditləşməsi sahəsindəki tələbləri Bazel Komitəsi tərəfindən müəyyən edilən beynəlxalq prinsiplərlə müqayisədə daha liberaldır. Onun sözlərinə görə, bu sahədə sərt tənzimləmə olduğunu iddia edənlər ya mövcud qaydaları, ya da beynəlxalq təcrübəni kifayət qədər bilmirlər.
Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bankın kredit təminatları (girov) ilə bağlı ümumi məhdudiyyəti yoxdur. Yalnız bankın məcmu kapitalının 10 faizindən artıq olan kreditlər üzrə girov tələb edilir. Onun sözlərinə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, orta ölçülü banklar təxminən 12–15 milyon manatadək kreditləri Mərkəzi Bankın tələblərinə əsasən girovsuz verə bilərlər.
Sədr əlavə edib ki, 10 faizdən yuxarı kreditlər üzrə təminatın dəyəri kredit məbləğinin 150 faizi həcmində olmalıdır. Girovların qiymətləndirilməsi sahəsində müəyyən problemlərin mövcud olduğunu bildirən Kazımov qeyd edib ki, hökumət və maliyyə sektoru ilə birlikdə bu istiqamətdə yeniliklər hazırlanır.
Kredit faizlərinin formalaşmasına toxunan Mərkəzi Bank sədri bildirib ki, faizlər ilk növbədə bankların cəlb etdiyi vəsaitlərin maya dəyəri, əməliyyat xərcləri, kredit riski və bankın mənfəət marjası əsasında müəyyən edilir. Hazırda bankların cəlb etdiyi vəsaitlərin orta maya dəyərinin təxminən 9 faiz olduğunu deyən Kazımov bildirib ki, digər xərclər də əlavə olunduqda kredit faizlərinin iki rəqəmli olması təbii nəticədir.
Onun sözlərinə görə, son illərin təhlilləri göstərir ki, kredit faizlərində 3–4 faizlik dəyişiklik kreditləşmənin həcminə ciddi təsir göstərmir. Nümunə olaraq o bildirib ki, 2025-ci ilin iyul ayında kredit faizləri vəsaitlərin maya dəyərinin artması səbəbindən 19% yüksəlsə də, kiçik və orta sahibkarlıq üzrə kredit portfeli eyni dövrdə 18 faiz artıb.
Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir. Onun sözlərinə görə, faizlər bazar prinsipləri əsasında formalaşır, Mərkəzi Bank isə yalnız uçot dərəcəsi vasitəsilə vəsaitlərin maya dəyərinə təsir göstərir.
Sədr bank sektorunda əsas çağırışın rəqabətin yetərli səviyyədə olmaması və bazarda təmərküzləşmənin yüksəkliyi olduğunu bildirib. O qeyd edib ki, dominant bankların qiymət siyasəti ümumi bazara təsir göstərir və rəqabətin artırılması prioritet istiqamətlərdən biridir.
Bu məqsədlə Mərkəzi Bankın sentyabr–oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq etməyi planlaşdırdığını açıqlayan Taleh Kazımov bildirib ki, hazırda bununla bağlı texniki işlər aparılır və dəyişikliklər bank sektorunda rəqabətin güclənməsinə töhfə verəcək.
“Düşünürəm ki, bu gün bank sektorunda bizim üçün, tənzimləyici olaraq, ən böyük çağırış məhz təmərküzləşmədir. Sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq. Sektorda dominant banklar var və onların qiymət, faiz siyasətindəki dəyişikliklər ümumi sektora təsir göstərir. İkinci məsələ isə, düşünürəm ki, xüsusilə biznes sahəsində, tələb faktorudur. Yəni kreditlərə tələb aşağı olmalıdır. Bu isə, sözsüz ki, Mərkəzi Bankın mandatından kənardır. Bizim üzərimizə düşən ən vacib məsələ rəqabətliliyin artırılmasıdır. Düşünürəm ki, artıq sentyabr-oktyabr aylarında, xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hazırda bununla bağlı texniki işlər aparılır. Bu da rəqabətin artmasına təkan verəcək.”- Taleh Kazımov deyib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Həmçinin oxu
Taleh Kazımovdan açıqlamalar - VİDEOMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
11 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















