Bu gün axşam "dörd gözlə" gözlənilən qərar açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (FED) səbirsizliklə gözlənilən faiz qərarını açıqlayacaq, 22:30-da isə FED sədrinin mətbuat fonfrası başlayacaqdır.
ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilsə də, investorlar sürpriz faiz artımı ehtimalına və qurumun sədri Kevin Uorşun iclasdan sonra verəcəyi mesajlara diqqət yönəldiblər.
Marja xəbər verir ki, Fed-in iki gün davam edən iclasının yekununda əsas faiz dərəcəsini dəyişməz saxlayacağı gözlənilir. Lakin bazarlarda yüksək inflyasiyaya qarşı səbrin azalması fonunda sürpriz faiz artımı ehtimalı da qiymətləndirilir.
Fed rəsmiləri gömrük tariflərinin və İran müharibəsinin yaratdığı müvəqqəti qiymət təzyiqlərinin səngiyəcəyini gözlədiklərinə görə, bu il faiz dərəcələrini dəyişməyiblər. Bununla belə, yüksək faizlər vasitəsilə tələbi məhdudlaşdırmadan inflyasiyanın 2 faizlik hədəfə enməyəcəyinə dair narahatlıqlar getdikcə artır.
Bazarlardakı qeyri-müəyyənliyin mərkəzində Fed sədri Kevin Uorş dayanır. Uorş əvvəlki Fed sədrlərindən fərqli olaraq, faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı əvvəlcədən istiqamət verməkdən çəkinir. İnflyasiyanı aşağı salmaqda qərarlı olduğunu bildirən yeni Fed sədri bunun üçün faiz artımını dəstəkləyib-dəstəkləmədiyinə dair hələlik hər hansı siqnal verməyib.
“Santander US Capital Markets”in ABŞ üzrə baş iqtisadçısı Stiven Stenli bildirib:
“Onların nə edəcəyini düşünməyinizdən və ya sonda hansı qərarı vermələrindən asılı olmayaraq, bu, yeni bir mərhələyə qədəm qoyduğumuzun bariz nümunəsidir”.
O əlavə edib:
“İclasa həqiqətən də qeyri-müəyyənlik şəraitində gedirik. Mən iyulda faiz dərəcəsinin dəyişməz saxlanılacağını gözləyirəm. Lakin faiz artımı ehtimalını da kiçik hesab etmək olmaz”.
Uorşun iqtisadiyyat və faiz dərəcələri ilə yanaşı, mərkəzi bankda həyata keçirməyi planlaşdırdığı daha genişmiqyaslı dəyişikliklərlə bağlı suallarla da qarşılaşacağı gözlənilir.
Fed bu iclasda iqtisadi proqnozlarını və faiz dərəcələrinin gələcək trayektoriyasına dair təxminlərini açıqlamayacaq. Fed rəsmiləri 2025-ci ildə keçirilən son üç iclasın hər birində faiz dərəcəsini azaltdıqdan sonra “gözlə və müşahidə et” mövqeyinə keçiblər. Lakin yanvar–iyun aylarında əmək bazarının sabitləşməsi və baza inflyasiyasındakı azalmanın dayanması faiz perspektivində əhəmiyyətli dəyişikliyə səbəb olub.
“Monetary Policy Analytics”in iqtisadçısı Derek Tanq bildirib ki, faiz artımı Uorşun etibarlılığını gücləndirə bilər. Onun sözlərinə görə, belə bir addım Uorşun qiymət sabitliyini yenidən təmin etmək barədə dəfələrlə səsləndirdiyi öhdəliyə ciddi yanaşdığını nümayiş etdirər.
Tanqın fikrincə, faiz dərəcələrinin dəyişməz saxlanılması isə Uorş haqqında “çox danışır, az iş görür” təsəvvürünün yaranmasına səbəb ola bilər. Bununla belə, iyun ayı üzrə istehlak inflyasiyasının gözləntilərdən aşağı olması faiz artımının bu iclasda təxirə salınması mövqeyini gücləndirir.
Uorşun da inflyasiyanın istiqamətini qiymətləndirmək üçün daha çox vaxta ehtiyac olduğunu müdafiə edəcəyi gözlənilir. Fed faiz dərəcəsini dəyişməz saxlayarsa, bazar iştirakçıları Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz artımına nə dərəcədə yaxın olduğuna dair ipucları axtaracaqlar.
İnflyasiya ilə bağlı artan narahatlıqlar səbəbindən bəzi Fed rəsmilərinin qərarla razılaşmayaraq fərqli mövqe nümayiş etdirməsi də mümkün hesab olunur. Bu baxımdan Dallas Fed-in sədri Lori Loqan və Klivlend Fed-in sədri Bet Hammakın adları ön plana çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
1 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
4 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
4 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
4 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















