Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK

Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüs həyata keçirilir. Ölkədə süni intellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onların inkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.

Layihə AmCham Azərbaycan, InnMedia, və Safaroff Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyən edilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit və yaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahid platforma rolunu oynayacaq.

“ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində formalaşan innovativ ideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafına töhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətini tanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıl təşəbbüslərin inkişafını təşviq etməkdir. Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihə sektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldə olunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasına və Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.

Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi (MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.

Mükafat aşağıdakı beş əsas nominasiya üzrə təqdim olunacaq:

  • "İlin Hökumət Süni İntellekt Həlli" – dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik.
  • "İlin Özəl Süni İntellekt Həlli" – kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük.
  • "İlin Süni İntellekt Startapı" – innovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə.
  • "İlin Süni İntellekt Yaradıcısı" – kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir.
  • "Tech Xəbər Seçimi" – redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.

Müraciətlərin qəbulu

Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzində qəbul olunacaq. Bütün nominasiyalar üzrə iştirak etmək istəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyici materialları www.aiawards.az internet saytı vasitəsilə onlayn formada təqdim edə bilərlər. 

Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az

Sponsorluq və tərəfdaşlıq imkanları ilə bağlı partners@aiawards.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra "ZƏKA" – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.

Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant SMARTBEE yer alır.

“ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekt həllərinin daha geniş tətbiqinə, innovasiya yönümlü əməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasına və Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyinə inanırıq.

28.07.2026 20:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19