Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
Azərbaycanda ilk dəfə: Mal-qaranın əkin sahəsinə zərər vurması üzrə – 8 614 MANAT SIĞORTA ÖDƏNİŞİ EDİLDİAzərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Marja xəbər verir ki. bu günlərdə Aqrar Sığorta Fondu tərəfindən Cəlilabad rayonunda fəaliyyət göstərən "Ramal-Dər" MMC şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində dəyən zərər üzrə sığorta ödənişi həyata keçirilib.
Ölkəmizdə ən geniş yayılan 3-cü şəxsin hərəkəti nəticəsində zərər vurulması halı – əkin sahəsinə mal-qaranın buraxılması və heyvanlar tərəfindən məhsulun məhv edilməsidir.
"Ramal-Dər" MMC şirkətinə Cəlilabad rayonu, Kazımabad kəndi ərazisində yerləşən 5 hektar arpa və 6 hektar buğda sahələrinə 3-cü şəxsin hərəkətləri, mal-qaranın məhsulu məhv etməsi nəticəsində dəymiş zərərlə bağlı 8 614 manat məbləğində sığorta ödənişi edilib.
Sahələrə mal-qaranın daxil olması ilə bağlı Aqrar Sığorta Fonduna müraciətdən sonra əraziyə aqrar sığorta ekspertləri yönləndirilib.
Araşdırma nəticəsində arpa sahəsinin tamamilə məhv edildiyi, yəni 100% zərər dəydiyi, buğda sahəsində isə zərərin 66,67% olduğu müəyyən edilib.
Müvafiq olaraq arpa sahəsinə məbləğ ifadəsində 4 690 manat, buğda sahəsinə isə 5 168 manat məbləğində zərər hesablanıb. Bu məbləğlərdən azadolma məbləğləri, yəni arpa üzrə 469 manat, buğda sahəsi üzrə isə 775 manat çıxılıb.
Nəticədə "Ramal-Dər" MMC şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində arpa sahəsi üzrə 4 221 manat, buğda sahəsi üzrə isə 4 393 manat, ümumilikdə 8 614 manat sığorta ödənişi edilib.
Təsərrüfatın sahibi Zakir Ağayev bildirir ki, əkin sahələri üçün ən böyük problemlərdən biri nəzarətsiz mal-qaradır: «Onlar əkin sahəsini məhv edir, onların qarşısını almaq olmur, zərərə görə kompensasiya almaq isə mümkün olmur. Əvvəllər də belə hallar olurdu amma zərəri heç kim ödəmirdi. Yalnız aqrar sığorta sistemi işə düşdükdən sonra bu zərərə görə kompensasiyaların verilməsinə başlanılıb».
Xatırladaq ki, "Ramal-Dər" MMC şirkəti sözügedən əkin sahələrinin sığortalanmasına 5 hektar arpa sahəsi üçün 39 manat, 6 hektar buğda sahəsi üçün isə 49 manat, yəni ümumilikdə 88 manat sığorta haqqı ödəyib. Bu, hər hektar əkin sahəsi üzrə cəmi 8 manat sığorta haqqı deməkdir.
Ümumilikdə indiyədək 3-cü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə dəymiş zərərlər üzrə 370 min manat sığorta ödənişi həyata keçirilib.
«Aqrar sığorta qaydaları»na əsasən, əkin sahəsinə 3-cü şəxsin hərəkəti nəticəsində zərər vurulması halı Daxili İşlər Nazirliyinin yerli qurumu – rayon polis şöbəsi və ya idarəsi tərəfindən təsdiqlənməlidir.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki:
«3-cü şəxslərin hərəkəti nəticəsində sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan əsas sənədlərdən biri də səlahiyyətli dövlət qurumunun faktı təsdiq edən arayışıdır. “Ramal-Dər” MMC-yə zərər dəyməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin faktı təsdiq edən arayışı tələb olunmuş və həmin arayış təqdim edildikdən sonra sığorta ödənişi həyata keçirilmişdir».
Əkin sahəsinə zərər vuran mal-qaranın sahibinə qarşı tədbir görüləcək
Qanunvericiliyə görə, Aqrar Sığorta Fondu fermerə zərər ödənişi etdikdən sonra həmin məbləği sahəyə zərər vurmuş heyvanların sahibindən tələb edir. Yəni heyvanların sahibinə qarşı məhkəmə iddiası qaldırılır və sözügedən sığorta ödənişinin Fonda ödənilməsi, eləcə də məhkəmə xərclərinin qarşılanması tələb edilir.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki, təsərrüfata 3-cü şəxsin hərəkəti nəticəsində zərər dəydikdə, Fond sığorta ödənişi etdikdən sonra həmin ödənişi zərər vuran tərəfdən, yəni heyvanların sahibindən tələb edəcək:
«3-cü şəxsin hərəkəti qismində sığorta ödənişinin verilməsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada fermerə dəymiş zərərə görə onun qarşı tərəfdən ödəniş tələb etmək hüququ subroqasiya qaydasında Aqrar Sığorta Fonduna ötürülür. Bu o deməkdir ki, Fond fermerə sığorta ödənişi etdikdən sonra həmin vəsaiti təsərrüfata zərər vuran şəxsdən tələb etmək hüququna malik olur. Yəni, “Ramal-Dər” MMC-yə mal-qaranın nəzarətsiz qalması nəticəsində vurulan zərər Fond tərəfindən gələcəkdə həmin heyvanların sahiblərindən tələb olunacaqdır».
«Əgər “Ramal-Dər” MMC-nin əkin sahələri sığortalanmasaydı, o, dəymiş zərərə görə ödəniş almayacaqdı və həmin zərəri zərər vuran tərəfdən özü tələb etməli olacaqdı. Amma fermerin sığortası olduğuna görə ona dəymiş zərər Fond tərəfindən qarşılanıb və indi Fond həmin məbləği zərər vuran tərəfdən, yəni nəzarətsiz heyvanların sahibindən tələb edəcəkdir. Bu isə fermeri əlavə məhkəmə xərclərindən, məhkəmə rüsumlarından, məhkəmə proseslərində iştirakdan və sair hallardan azad edir», – deyə L. Alıyeva-Məmişova bildirib.
Başqa sözlə, aqrar sığorta fermerə vurulan zərəri qarşılamaqla yanaşı, onun əlavə məhkəmə proseslərində iştirak etməsinə ehtiyacı da aradan qaldırır. Bu halın fermer üçün müsbət cəhəti ondan ibarətdir ki, o, təsərrüfatına dəymiş zərərə görə sığorta ödənişini alır və bu zaman məhkəmə proseslərində iştirak etmir. Yəni məhkəmə xərcləri, məhkəmə proseslərində iştirak və müxtəlif sənədlərin toplanması kimi qayğılardan azad olur. Bütün bu proses Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir.
Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini 3-cü şəxslərin hərəkətləri ilə yanaşı, dolu, fırtına-qasırğa, sel-subasma, leysan, yanğın, vəhşi heyvan hücumu, şaxtavurma, torpaq sürüşməsi və sair risklərdən sığortalayır. Fermerlərə dəstək məqsədilə isə sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.
Aqrarsığortaməhsulları, əkinlərinvə heyvanlarınsığortalanması şərtləri, eləcə də sığortahaqları barədə ətraflı məlumatı AqrarSığortaFondununrəsmiinternetsəhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciətetməklə almaqmümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
50 d. əvvəl
PAŞA Bankın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
-
1 saat əvvəl
Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Xalq Bankda yeni müşavirlər təyin edildi
Böyük planların üçün rahat kredit təklifi - Expressbankda
Azərbaycan Koreyanın “dBrain+” maliyyə modelinə keçir
Ən çox oxunanlar
Prezident bir sıra ölkələrə yeni səfirlər təyin edib
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır
İri şəbəkə Ramanada yeni mağazasını açır









.webp)












