Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
Azərbaycanda torpaqlarla bağlı yeni mexanizm yaradılır – İLK DƏFƏAzərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.
Marja Kənd Təsərrrüfatı Nazirliyinə itinadən xəbər verir ki, pPilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər. Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub.
Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.
XXX
Torpaqların konsolidasiyası — bir fermerə və ya müxtəlif mülkiyyətçilərə məxsus, ayrı-ayrı yerlərdə yerləşən kiçik və parçalanmış torpaq sahələrinin daha iri, bütöv və səmərəli istifadə edilə bilən sahələr şəklində yenidən təşkil olunmasıdır.
Məsələn, fermerin müxtəlif yerlərdə yerləşən 4 kiçik torpaq sahəsi varsa, həmin sahələr dəyəri və məhsuldarlığı nəzərə alınmaqla bir bütöv sahə ilə əvəz edilə bilər.
Bu mexanizmin məqsədi:
• əkin və məhsul yığımını asanlaşdırmaq;
• texnikadan daha səmərəli istifadə etmək;
• suvarma sistemlərini yaxşılaşdırmaq;
• torpaq sərhədlərini və yolları optimallaşdırmaq;
• istehsal xərclərini azaltmaq;
• məhsuldarlığı artırmaqdır.
Torpaqların konsolidasiyası torpaqların dövlət tərəfindən alınması və ya mülkiyyət hüququnun ləğvi demək deyil. Proses adətən torpaq sahələrinin dəyişdirilməsi, yenidən bölüşdürülməsi və infrastrukturun təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Mülkiyyətçilərin hüquq və maraqlarının qorunması isə əsas şərtlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
2 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
4 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
4 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
5 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















