Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tarixi qərar: Azərbaycan futbol tarixində bir ilkə ev sahibliyi edəcək

Azərbaycanda 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı keçiriləcək - Prezident sərəncam imzaladı
AzVak-mobil_resmin_ustu_31
Tarixi qərar: Azərbaycan futbol tarixində bir ilkə ev sahibliyi edəcək

Azərbaycan 2026-cı ildə 15 yaşınadək oğlanlar arasında futbol üzrə tarixdə ilk dünya çempionatına və festivalına ev sahibliyi edəcək.

Marja.az xəbər verir ki, Prezident İlham Əliyev FIFA U-15 Dünya Çempionatı və Festivalının Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

FIFA Şurası Bürosunun 25 iyun 2026-cı il tarixli iclasında qəbul edilmiş qərara əsasən, turnir 22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda təşkil olunacaq.

İdman tarixində ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına Azərbaycanın ev sahibliyi etməsinin ölkənin beynəlxalq idman aləmində mövqeyinin möhkəmlənməsinə, futbolun inkişafına və mötəbər yarışların təşkili sahəsində əldə etdiyi təcrübənin zənginləşməsinə xidmət edəcəyi bildirilir.

Sərəncama əsasən, çempionat və festivalın keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi, eləcə də zəruri məsələlərin həlli mövcud Təşkilat Komitəsinə həvalə edilib. Sözügedən komitə 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının təşkili məqsədilə Prezidentin 15 dekabr 2025-ci il tarixli sərəncamı ilə yaradılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Sərəncam Prezident İlham Əliyev tərəfindən 27 iyul 2026-cı il tarixində imzalanıb.

İş elanları AzVak.az-da

Azərbaycan FIFA FIFA U-15 Dünya Çempionatı FIFA U-15 World Cup and Festival U-15 dünya çempionatı futbol üzrə dünya çempionatı gənclər futbolu uşaq futbolu futbol festivalı Azərbaycan futbolu Azərbaycanda futbol turniri beynəlxalq futbol yarışı Prezident İlham Əliyev Prezidentin sərəncamı FIFA Şurası Bürosu Təşkilat Komitəsi Nazirlər Kabineti dünya çempionatı Azərbaycanda Bakı futbol turniri futbol xəbərləri idman xəbərləri Azərbaycanın idman nüfuzu gənc futbolçular U-20 Dünya Çempionatı FIFA turniri Azərbaycan 2026 futbol festivalı Azərbaycan beynəlxalq idman tədbiri
27.07.2026 13:53
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar