970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft bir həftədə 10 faiz bahalaşıb: Nəhəng bankdan 114 dollar xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bir həftədə 10 faiz bahalaşıb: Nəhəng bankdan 114 dollar xəbərdarlığı

Neft qiymətləri, Çinin ABŞ ilə İran arasında kəsilmiş sülh danışıqlarını bərpa etmək üçün diplomatik təşəbbüslər irəli sürməsinə dair xəbərlərdən sonra həftənin son əməliyyat gününü kəskin enişlə bağlayıb.

Marja xəbər verir ki, “Brent” markalı neftin barel qiyməti 3,88% ucuzlaşaraq 96,78 dollar səviyyəsinə düşüb.. Əvvəlki sessiyada may ayından bəri ilk dəfə 100 dollardan yuxarı bağlanan “Brent”, buna baxmayaraq, həftəlik müqayisədə təxminən 10% artım nümayiş etdirib.

ABŞ-İran gərginliyi təklif narahatlıqlarını saxlayır

Neft qiymətləri həftə ərzində ABŞ və İranın qarşılıqlı raket zərbələri, Hörmüz boğazındakı tanker hərəkətinin nəzərəçarpan dərəcədə azalması və Yəməndəki husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücumları səbəbindən yüksəlmişdi.

"Again Capital" şirkətinin tərəfdaşı Con Kilduff bazarların diplomatik həll ümidlərini sürətlə qiymətləndirdiyini bildirərək qeyd edib: “Bu bazarın ən sevdiyi şey ümiddir. Problemin həll oluna biləcəyinə dair ən kiçik bir işarə belə alıcı və satıcıların davranışını dəyişir.”

Trampdan İrana sərt xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Qırmızı dənizdə iki Səudiyyə neft tankerinə edilən hücumların ardından İran və husilərə qarşı “böyük hərbi cavab” veriləcəyini açıqlayıb. İranın isə ABŞ-ın enerji infrastrukturlarına hücumlarının davam edəcəyi təqdirdə husilərə Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazını bağlamaq yönündə təzyiq göstərdiyi bildirilir.

Bab əl-Məndəb, Hörmüz boğazından sonra qlobal enerji daşımalarında ikinci ən kritik keçid nöqtəsi hesab olunur. Husilər həftənin əvvəlində Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmişdilər. Səudiyyə Ərəbistanı isə İranın Hörmüz boğazını bağlamasından sonra neftini boru kəmərləri vasitəsilə nəql etməyə başlamışdı.

Boğazlardakı gəmi hərəkəti yaxından izlənilir

Gəmi izləmə şirkəti "Kpler"in ilkin məlumatlarına görə, Hörmüz boğazından gündəlik tanker keçidləri son üç gündə gündə üç gəmi səviyyəsində olub. Cümə axşamı günü, aralarında yüksək həcmli boş bir neçə xam neft tankerinin də olduğu daha iki gəmi boğazdan Fars körfəzinə daxil olub.

Bab əl-Məndəbdə isə 23 iyulda xammal daşıyan gəmi keçidləri 32-yə yüksəlib; bir gün əvvəl bu göstərici 26 idi.

"UBS" analitiki Covanı Staunovo məsələni belə dəyərləndirib: “Gəmilər hələ də kritik dəniz yollarında hərəkətini davam etdirir. Bu səbəbdən bəzi narahatlıqların əksinə olaraq, tam mənası ilə bir blokadadan söz gedə bilməz.”

JPMorgan: Fasilələr uzanarsa "Brent" 114 dollara çata bilər

"JPMorgan"ın analitikləri neft təchizatındakı fasilələrin hər əlavə ay davam etməsinin "Brent" neftinin barel qiymətinə təxminən 7-8 dollar əlavə edə biləcəyini vurğulayıblar. Bank, təklif kəsintilərinin üç ay davam edəcəyi təqdirdə "Brent" neftinin aylıq orta qiymətinin 114 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırır.

Rusiya və Qazaxıstan mənbəli proseslər də izlənilir

Digər tərəfdən, Rusiya gecə saatlarında Ukraynadakı üç limana təşkil etdiyi hücumlarda yükləmə-boşaltma qurğularını və yanacaq anbarlarını hədəf aldığını bildirib.

Qazaxıstan Enerji Nazirliyi isə Ukraynaya aid olduğu ehtimal edilən pilotsuz uçuş aparatlarının (PUA) hücumları səbəbindən ölkənin Qara dənizdəki əsas neft ixrac terminalının müvəqqəti bağlanmasından sonra bəzi neft şirkətlərinin hasilatı müvəqqəti azaltdığını bəyan edib.

25.07.2026 13:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19