Zaqatala üçün yeni ticarət mərkəzi layihəsi hazırlanıb - "ZAQATALA MALL"
Zaqatalada yeni ticarət və sosial məkanın yaradılmasını nəzərdə tutan "ZAQATALA MALL" layihəsi təqdim olunub.
Marja xəbər verir ki, layihənin memarlıq və dizayn konsepsiyası "MUJE Architect" tərəfindən hazırlanıb.
Layihə barədə yayılan məlumata görə, ZAQATALA MALL yalnız ticarət mərkəzi kimi deyil, həm də şəhərin yeni görüş, istirahət və alış-veriş məkanı kimi fəaliyyət göstərməsi məqsədilə layihələndirilir. Konsepsiyada müasir memarlıq üslubu, geniş vitrinlər, funksional planlaşdırma və abadlaşdırılmış açıq məkanların yaradılması nəzərdə tutulur.
Bildirilib ki, layihənin əsas məqsədi Zaqatalada müasir şəhərsalma yanaşmalarına uyğun ictimai məkan formalaşdırmaq, həm sakinlər, həm də regiona gələn ziyarətçilər üçün yeni xidmət imkanları yaratmaqdır.
Layihə çərçivəsində aşağıdakı imkanların yaradılması planlaşdırılır:
Müasir memarlıq konsepti;
Premium mağaza və brend sahələri;
Restoran və kafe zonaları;
Geniş avtomobil dayanacağı;
Ailəvi istirahət və sosial məkanlar;
İnvestisiya və biznes üçün yeni kommersiya imkanları.
Təqdim olunan məlumata əsasən, layihənin regionun ən diqqətçəkən ticarət və ictimai obyektlərindən birinə çevrilməsi hədəflənir. Bunun həm pərakəndə ticarətin inkişafına, həm xidmət sektorunun genişlənməsinə, həm də yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərə biləcəyi gözlənilir.
Layihənin icra müddəti, investisiya həcmi, ümumi sahəsi, tikintiyə başlanma tarixi və investor barədə isə hələlik əlavə məlumat açıqlanmayıb.
Müştərilərin xəbərləri
ABB Invest ABB mobile-ın investisiya bölməsini yenilədi: yeni dizayn və funksiyalar istifadəyə verdi
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
6 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
1 gün sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
1 saat əvvəl
Zaqatala üçün yeni ticarət mərkəzi layihəsi hazırlanıb - "ZAQATALA MALL"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Mikayıl Cabbarov Çin şirkətinin prezidenti ilə görüşüb
Aktivləri 280% artan lombardın mənfəəti geriləyib
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Neft Fondunun portfelində istiqrazlar qızılı üstələyib
"AccessBank" tender elan edir
Avropa İttifaqı "Google"u 1 milyard dollar cərimələyib









.webp)









