Azərbaycan Neft Fondunun portfelində istiqrazlar qızılı üstələyib
Neft Fondunun portfelində qızıl 21,9 ton azalıbAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payı 2026-cı ilin ilk yarısında 6,8 faiz bəndi azalaraq 31,4%-ə düşüb. İstiqrazlar və pul bazarı alətləri isə 33,8%-lik payla portfelin ən böyük aktiv sinfinə çevrilib.
Marja.az ARDNF-nin açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin sonunda qızıl 38,2%-lik payla Fondun investisiya portfelində birinci yeri tuturdu. Həmin dövrdə istiqrazlar və pul bazarı alətlərinin payı 29,8%, səhmlərin payı 25,6%, daşınmaz əmlak və infrastrukturun payı isə 6,4% təşkil edirdi.
Qızıl lider mövqeyini itirib
2026-cı ilin birinci rübünün sonunda qızılın portfeldəki payı 35,6%-ə, iyunun sonunda isə 31,4%-ə enib. Beləliklə, qızılın çəkisi ikinci rübdə 4,2 faiz bəndi, ilin əvvəlindən isə 6,8 faiz bəndi azalıb.
ARDNF-nin portfelindəki qızılın fiziki həcmi 2025-ci ilin sonundakı 200 tondan 2026-cı ilin martında 178,1 tona düşüb. Azalma 21,9 ton və ya təxminən 11% təşkil edib. İkinci rübdə qızılın həcmi 178,1 ton səviyyəsində dəyişməsə də, onun portfeldəki payı azalmağa davam edib.
Qızılın miqdarı dəyişmədiyi halda ikinci rübdə payının azalması onun ucuzlaşması, digər aktivlərin dəyərinin və ya portfelin ümumi həcminin artması ilə əlaqəli ola bilər.
Səhmlərin payında kəskin artım
İkinci rübdə ən böyük artım səhmlər üzrə qeydə alınıb. Səhmlərin portfeldəki payı martın sonundakı 24,8%-dən iyunun sonunda 28,1%-ə yüksəlib. Artım 3,3 faiz bəndi təşkil edib.
2025-ci ilin sonu ilə müqayisədə səhmlərin payı 2,5 faiz bəndi artıb.
İstiqrazlar və pul bazarı alətlərinin payı isə ötən ilin sonundakı 29,8%-dən martın sonunda 33,1%-ə, iyunun sonunda 33,8%-ə çatıb. Bu aktivlərin payı ilin əvvəlindən 4 faiz bəndi yüksəlib.
Daşınmaz əmlak və infrastruktur yatırımlarının çəkisi də tədricən artaraq 6,4%-dən 6,7%-ə çatıb.
Dollar portfelin əsas valyutasıdır
2026-cı il martın 31-nə ARDNF-nin ümumi investisiya portfeli 73 milyard 515,2 milyon ABŞ dolları təşkil edib.
Portfelin 71,1%-i və ya 52 milyard 238,7 milyon dolları ABŞ dollarının payına düşüb. Bunun 26 milyard 146,2 milyon dollarını qızıl investisiyaları təşkil edib. Başqa sözlə, dollar portfelinin təxminən yarısı qızıldan ibarət olub.
Portfelin valyutalar üzrə digər hissəsi belə bölüşdürülüb:
Avro – 16,9%;
İngilis funt sterlinqi – 4,8%;
Çin yuanı – 2,3%;
Yapon yeni – 1,3%;
Digər valyutalar – 3,6%.
Rəqəmlər ARDNF-nin investisiya portfelində qızılın yüksək çəkisinin azaldığını, istiqraz və səhmlərin mövqeyinin isə gücləndiyini göstərir. İstiqrazların artması faiz gəlirlərinin rolunu yüksəldə, səhmlərin çəkisinin böyüməsi isə portfelin gəlir potensialı ilə yanaşı, bazar dalğalanmalarına həssaslığını artıra bilər.
Bununla belə, yalnız aktivlərin faiz paylarına əsasən ARDNF-nin hansı həcmdə alış və ya satış həyata keçirdiyini müəyyənləşdirmək mümkün deyil. Aktiv qiymətlərinin və ümumi portfel həcminin dəyişməsi də struktur göstəricilərinə təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
6 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
9 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
9 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
9 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















