ARDNF: Qızıl idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsirini açıqlayıb.
Fonddan Marja.az-a bildirilib ki, 2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.
Birinci rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləmişdir. Birinci rübün sonlarından etibarən bu meyil əksinə dönmüş, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirmiş və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olmuşdur. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir etmiş, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirmişdir.
Qlobal səhm bazarları birinci rübün əvvəlində müsbət nəticələr göstərmiş, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün qalan hissəsində geriləmişdir. İkinci rübdə bazarlarda bərpa müşahidə edilmiş, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olmuşdur. İkinci rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərmiş və volatillik yenidən artmışdır.
Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat), 2026-cı il iyun ayının 30-na isə, 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
11 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 12 saat əvvəl
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə























