Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell Google və Microsoft-un yer aldığı qlobal şəbəkəyə qoşulub. Şirkət “FIRST”ə üzv qəbul edilən ilk Azərbaycan korporativ təşkilatı olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan “FIRST”ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib.

Bununla da Azercell, “FIRST”ün qlobal şəbəkəsinə daxil olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı, ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk sektoral “Telecom CERT” komandası statusunu qazanıb.

“FIRST”ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi, insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra təqdim olunur. Google, Microsoft, Amazon və Cisco kimi aparıcı texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118 ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən komandaları bir araya gətirir. Azərbaycandan “FIRST”ün üzvləri sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi Bankının komandaları da yer alır.

Azercell-in “FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.

Bu nailiyyət Azercell-in kibertəhlükəsizlik sahəsində uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir.

Bu çərçivədə Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib. Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik reaksiya verilməsinə şərait yaradıb.

Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.

“FIRST”ə üzvlük Azercell-ə real vaxt rejimində qlobal kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək.

Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

Azercell Azercell Telekom FIRST Forum of Incident Response and Security Teams kibertəhlükəsizlik Telecom CERT Azərbaycanın ilk Telecom CERT komandası korporativ üzvlük qlobal kibertəhlükəsizlik şəbəkəsi kibertəhlükəsizlik insidentləri insidentlərə cavab informasiya təhlükəsizliyi rəqəmsal təhlükəsizlik kibertəhdidlər real vaxt monitorinqi süni intellekt texnologiyaları kibertəhlükələrin aşkarlanması zəifliklərin aşkarlanması
21.07.2026 12:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19