Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL donanmasına cari ildə 4-cü təyyarəsini əlavə edib

AzVak-mobil_resmin_ustu_31
AZAL donanmasına cari ildə 4-cü təyyarəsini əlavə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

“Airbus A320neo” təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.

“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.

İş elanları AzVak.az-da

Təyyarənin təqdimat videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:

Azərbaycan Hava Yolları AZAL AZCON Holding Airbus A320neo yeni təyyarə AZAL donanması təyyarə parkı milli aviadaşıyıcı Azərbaycan aviasiyası Airbus təyyarələri Airbus A321neo yeni nəsil təyyarə donanmanın yenilənməsi aviaşirkət xəbərləri sərnişin daşımaları marşrut şəbəkəsi əməliyyat çevikliyi sərnişin tələbatı Airspace kabini yüksəksürətli Wi-Fi biznes sinfi fərdi monitorlar yeni nəsil mühərriklər yanacaq sərfiyyatı karbon emissiyası sərnişin komfortu hava gəmisi Azərbaycan Hava Yolları donanması AZAL yeni təyyarə 2032-ci il hədəfi 50 təyyarə aviaşirkət donanması Azərbaycan aviasiya sektoru yerli aviasiya xəbərləri
21.07.2026 11:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19