Azərbaycanda doğum kəskin azaldı, ölüm artdı – Əhali statistikası həyəcan təbili çalır
Ölkədə demoqrafik mənzərə dəyişir: Doğum azalır, ölüm yüksəlir. Azərbaycanda hər 1000 nəfərə düşən doğum sayı sürətlə geriləyirb. Ailə quranların sayı isə azalır. Boşanmaların sayı 8 mini keçib. Cəmi 5 ayda 25 mindən çox ölüm, 8 mindən çox boşanma qeydə alınıb.İlin əvvəlindən Azərbaycan əhalisinin sayı cəmi 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatmışdır.
Marja.az Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.07.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 37 min 248 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 min 316 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 56 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8-ə düşmüşdür. Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olmuşdur.
Cari ilin yanvar-may aylarında ölkədə 25 min 511 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-ya qədər artmışdır.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15 min 107 nikaha daxilolma və 8 min 87 boşanma halları qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşmüşdür.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 1 d. əvvəl
-
4 d. əvvəl
Prezident və birinci xanım alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- 9 d. əvvəl
-
13 d. əvvəl
İki bank arasında satınalmadan sonra yeni təyinat – Cəfər Həmidov vəzifəyə başladı
- 37 d. əvvəl
-
1 saat əvvəl
42 milyard 400 milyon manatlıq xərc: Müdafiəyə 8,8 milyard, investisiyalara 5,3 milyard manat
-
1 saat əvvəl
İlon Maskın şirkətlərində böyük çöküş – 460 milyard dollar bazar dəyəri silindi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
42 milyard 400 milyon manatlıq xərc: Müdafiəyə 8,8 milyard, investisiyalara 5,3 milyard manat
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®























