Qazaxıstanın “skuter nəhəngi” Azərbaycandan maliyyə cəlb etmək istəyir
Elektrik skuterləri ilə milyonlar qazanan şirkət Azərbaycan birjasına gəlir. Qazaxıstanın skuter icarəsi şirkəti Azərbaycanda təmin edilmiş istiqraz buraxacaq - Müqavilə imzalanıb. Yerli bank təminat verəcək.Bakı Fond Birjası ilə Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində əməkdaşlıq edən JET Group Ltd. şirkətinin Azərbaycan kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Eyni zamanda Bakı Fond Birjasının iştirakı ilə JET Group Ltd. üçün yerli kapital bazarında fəaliyyət göstərən aparıcı investisiya şirkətləri ilə görüşlər təşkil edilib.
Bu barədə Marja.az Birjaya istinadən xəbər verir.
Şirkət xarici hüquqi şəxs olduğundan, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən ölkə ərazisində istiqraz emissiyasının həyata keçirilməsi üçün təmin edilmiş istiqraz buraxılışı tələb olunur.Bu çərçivədə istiqraz emissiyasının təminatının yerli bank tərəfindən təqdim edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Listinq Məsləhət Proqramı (LMP) şirkətlərə birjada səhm və ya istiqraz yerləşdirməklə (listinq) maliyyələşməyə dəstək göstərən məlumat və məsləhət xidmətləri proqramıdır. Məqsəd, şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq, onlara birja proseslərini öyrətmək və alternativ maliyyə mənbələri tapmaqda yardım etməkdir.
JET Group Ltd. 2021-ci ildə Qazaxıstanda təsis edilmiş Latın Amerikası, Mərkəzi Asiya və Qafqaz regionlarını əhatə edən elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq mikromobillik şirkətlərindən biridir. Şirkət hazırda Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada milyonlarla istifadəçiyə xidmət göstərərək regionun ən sürətlə inkişaf edən mikromobillik platformalarından biri kimi tanınır.
2023-cü ildən etibarən Astana Beynəlxalq Birjasında (AIX) bir neçə istiqraz emissiyasını, o cümlədən beynəlxalq dayanıqlı maliyyələşmə prinsiplərinə uyğun yaşıl istiqraz buraxılışını uğurla həyata keçirmiş "JET Group Ltd." növbəti maliyyələşmə mərhələsində Azərbaycan kapital bazarını prioritet istiqamətlərdən biri kimi qiymətləndirir. Şirkət Bakı Fond Birjası vasitəsilə yerli kapital bazarına çıxış əldə etməkdə yüksək maraqlı olduğunu ifadə etmiş və bu istiqamətdə zəruri hazırlıq prosesinə fəal şəkildə başlamışdır.
XXX
“JET Group Ltd. 2021-ci ildə qazaxıstanlı sahibkar Meyrambek Abelkasov tərəfindən təsis edilmiş Qazaxıstan şirkətidir. Şirkət bir neçə il ərzində Qazaxıstanda və MDB ölkələrində mikromobillik sahəsinin ən böyük operatoruna çevrilib. 2023-cü ilin sonunda JET skuterləri ilk dəfə Latın Amerikası bazarına çıxıb. Cəmi ilyarım ərzində şirkət həm skuter parkının həcminə, həm tətbiqdəki trafikə, həm də səfərlərin sayına görə Braziliyada mütləq lider mövqeyinə yüksəlib. Hazırda JET səkkiz ölkədə fəaliyyət göstərən və 60 mindən çox müasir elektrik skuterindən ibarət parkı idarə edən beynəlxalq şirkətdir.
XXX
JET necə işləyir?
İstifadəçi mobil tətbiqi yükləyir, bank kartını əlavə edir, xəritədə yaxınlıqdakı skuteri tapır və sükan üzərindəki QR kodu oxudaraq icarəyə başlayır. Bu biznes modeli “kikşerinq” və ya stansiyasız elektrik skuteri icarəsi adlanır.
Beynəlxalq fəaliyyət
JET artıq təkcə Qazaxıstan bazarında çalışmır. Şirkətin Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Monqolustan, Braziliya və Çilidə fəaliyyət göstərdiyi bildirilir. Beş illik fəaliyyətin yekunlarına görə:
- qeydiyyatdan keçmiş istifadəçilərin sayı 10 milyonu;
- həyata keçirilmiş səfərlərin sayı 80 milyonu;
- platformanın ümumi dövriyyəsi 135 milyon dolları ötüb.
Maliyyə göstəriciləri
2025-ci ilin audit olunmuş konsolidə edilmiş hesabatına görə, JET Group Ltd-nin:
- gəlirləri 270% artaraq 48,7 milyon dollara;
- xalis mənfəəti 3,6 dəfə artaraq 4,8 milyon dollara çatıb;
- xarici bazarların gəlirlərdəki payı 32%-dən 81%-ə yüksəlib.
- Hazırda şirkətin ən mühüm bazarlarından biri Braziliyadır.
Şirkət kapital bazarından da maliyyə cəlb edib. 2024-cü ildə 2,8 milyard tenge məbləğində “yaşıl istiqraz” yerləşdirib və vəsaitin skuter parkının yenilənməsinə yönəldiləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 həftə sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
3 gün sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
3 d. əvvəl
Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
- 12 d. əvvəl
-
55 d. əvvəl
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
-
1 saat əvvəl
AccessBank-ın Oracle Software Update 2026 üzrə tender elanının vaxtı uzadılıb
-
1 saat əvvəl
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük supermarket şəbəkəsi Sarayda yeni mağaza istifadəyə verir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məşğul əhalinin 35 faizə yaxını muzdla çalışan işçidir
Böyük supermarket şəbəkəsi Sarayda yeni mağaza istifadəyə verir
AZAL donanmasına cari ildə 4-cü təyyarəsini əlavə edib
Azərbaycanda minik avtomobili istehsalı geriləyib
Unibank “Dayanıqlılıq / ESG” nominasiyası üzrə regionda birinci oldu
Yayın ritmini tutmaq vaxtıdır!
Azərbaycanda doğum kəskin azaldı, ölüm artdı – Əhali statistikası həyəcan təbili çalır
AZPROMO-nun keçmiş şöbə müdiri İcraçı direktor təyin edildi









.webp)











