Sergey Lavrov: "Yaranan çətinliklərə baxmayaraq, irəliləyirik"
Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə edibləAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, iqtisadi-ticari və humanitar əməkdaşlığı, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
Sergey Lavrov Ceyhun Bayramovu iyulun 9-da qeyd olunan Azərbaycanın diplomatik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar iki ölkə arasında prezidentlər, hökumətlər, nazirliklər, idarələr və parlamentlər səviyyələrində müntəzəm dialoqun davamıdır.
“Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - deyə o qeyd edib.
Nazir bildirib ki, AZAL-ın sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı məsələlər bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, o cümlədən hökumətlərin və Xarici İşlər nazirliklərinin apardıqları iş sayəsində həll olunub.
S.Lavrov, həmçinin tərəflərin iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətində olduqlarını vurğulayıb. O, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 24-cü iclasının aprel ayında keçirildiyini xatırladıb.
Onun sözlərinə görə, mədəni və humanitar sahələrdə də yaxşı tendensiyalar və perspektivlər müşahidə olunur.
Rusiyanın xarici işlər naziri danışıqlar əsnasında Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunacağını vurğulayıb. O, həmçinin “3+3” regional məşvərət platformasına marağın artdığını diqqətə çatdırıb.
Bundan əlavə, tərəflər Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə etmək niyyətindədirlər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində Moskvaya səfərə dəvətə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
O qeyd edib ki, bu cür təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə hərtərəfli müzakirələr üçün mühüm platformadır.
Nazir deyib ki, danışıqlar zamanı tərəflər iqtisadi-ticari əməkdaşlıq məsələlərini geniş şəkildə nəzərdən keçirəcəklər, bunun mühüm elementi isə Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarıdır.
“Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir”, - deyə o əlavə edib.
C.Bayramov, eyni zamanda, bildirib ki, tərəflər 2025-ci ildə ikitərəfli əməkdaşlığın göstəricilərini, həmçinin yaxın perspektiv üçün planlaşdırılan istiqamətləri müzakirə edəcəklər.
Nazir humanitar sahəni Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin ənənəvi vacib elementi kimi xarakterizə edib.
Ceyhun Bayramov, həmçinin iki ölkənin beynəlxalq platformalarda fəaliyyəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazır olduğunu vurğulayıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?






















