"Premium Bank"ın əməliyyat mənfəəti artıb
2026-cü ilin ilk yarısında (yanvar-iyun dövründə) "Premium Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 30 milyon 52 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 20 milyon 108 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 944 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 2026-cı ilin ilk 6 ayında ötən ilin ilk 6 ayı ilə müqayisədə 3 milyon 33 min manat və ya 50,4% artıb.
Marja.az xəbər verir ki, bu barədə "Premium Bank"ın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, eyni zamanda, mümkün zərərlər üçün 618 min manat məqsədli ehtiyatlar yaradıldıqdan sonra Bank cari ilin ilk 6 ayını 9 milyon 326 min manat xalis mənfəətlə başa vurub. Bu da keçən ilin eyni dövrü ilə müqaisədə xalis mənfəətin 48 faiz artımı deməkdir.
Xatırladaqki, 2025- cü ilin eyni döründə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 25 milyon 774 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 163 min manat, əməliyyat mənfəəti 6 milyon 611 min manat olmuş, eyni zamanda, mümkün zərərlər üçün 303 min məqsədli ehtiyatlar yaradıldıqdan sonra əməliyyat mənfəəti 6 milyon 309 min manat xalis mənfəət əldə etmişdi.
FAİZ GƏLİRLƏRİ ARTIB
Keçən ilin 2-ci rübündə "Premium Bank"ın faiz gəlirləri 18 milyon 111 min manat olduğu halda, 2026-ci il eyni dövründə 20 milyon 311 min manata kimi yüksəlməklə 2 milyon 200 min manat və ya 12% faiz artmışdır. Faiz gəlirlərinin əsas artımı müştərilərə verilmiş kreditlər təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqaisədə cari ildə faiz xərclərində ciddi fərq yaranmamışdır (2025- cü ilin ilk 6 ayının sonu 5 milyon 755 min manat, 2026- ci ilin ilk 6 ayının sonu 5 milyon 863 min manat). Beləliklə Bankin xalis faiz gəlirləri 2 milyon 91 min manat artmaqla 14 milyon 448 min manata yüksəlmişdir.
30 iyun 2026- ci il tarixində "Premium Bank" 496 milyon 468 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bankın ötən ilin sonunda kredit portfeli 478 milyon 620 min manat təşkil edirdi. Bu isə ilin əvvəli ilə müqaisədə kredit portfelinin 17 milyon 848 min manat və ya 4 faizədək artımı deməkdir. Artım biznes kreditləri üzrə 13 milyon 751 min manat, istehlak kreditləri üzrə 5 milyon 40 min manat təşkil etmişdir
Ticarət və investisiya qiymətli kağızlarına yatırımda azalma müşahidə olunmuşdur. Belə ki, ilin əvvəli ilə müqasidə Bank bu sahəyə ayırdığı vəsaitdən 4 milyon 35 min manat geri qayıtmışdır ki, həmin vəsaitin kredit portfelinin artmasına yönəldiyini söyləmək olar. Belə ki, keçən ilin sonuna ticarət və ivestisiya qiymətli kağızları 16 milyon 921 min manat olduğu halda 30.06.2026 –cı il tarixinə 12 milyon 886 min manat olmuşdur.
BANKDA ƏHALİNİN DEPOZİTLƏRİ ARTIB
"Premium Bank"ın depozit portfeli Cari ilin 30 İyun 2026 tarixi ilə keçən ilin sonu ilə müqaisədə fiziki şəxsərin depozitləri 7 milyon 272 min manat artaraq 312 milyon 366 min manata çatmış, hüquqi şəxslərin depozitləri isə 9 milyon 87 min manat azalaraq 79 milyon 993 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
8 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
9 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
9 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























