151 manat ödəyib, 8598 manat aldı
Fermer ödədiyi hər 1 manat qarşılığında 57 manat sığorta ödənişi aldıAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Aqrar Sığorta Fondundan Marja.az-a verilən məlumata görə, bu günlərdə Aqrar Sığorta daha iki rayonda – Cəlilabad və Biləsuvarda əkin sahələrinə dəymiş zərər üzrə növbəti aqrar sığorta ödənişlərini həyata keçirib.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə əkin sahələrini dolu, fırtına, qasırğa, yanğın, o cümlədən ildırım vurması nəticəsində baş verən yanğın, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq mümkündür.
Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər, xüsusilə də Cəlilabad və Biləsuvarda fəaliyyət göstərən təsərrüfat sahibləri cüzi ödəniş etməklə təsərrüfatlarını böyük məbləğə sığortalaya bilərlər.
Cəlilabad rayonundan olan fermer Lətif Ağayev 9,26 hektar buğda sahəsini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığortalayıb, bunun üçün 151 manat sığorta haqqı ödəyib. Ərazidə baş vermiş sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə ciddi zərər dəyib. Nəticədə fermerə azadolma məbləği çıxılmaqla 8 598 manat məbləğində sığorta ödənişi edilib.
Fermerə ödənilən zərər ödənişi onun həmin sahəni sığortalamaq üçün ödədiyi sığorta haqqından 57 dəfə artıq olub. Başqa sözlə, fermer Aqrar Sığorta Fonduna ödədiyi hər 1 manat sığorta haqqı qarşılığında Fonddan 57 manat sığorta ödənişi alıb.
Sığorta ödənişi edilən digər sahibkar Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən olan fermer Etibar Əcəmov olub. Fermer 20 hektar buğda sahəsini Aqrar Sığorta Fondunda sığortalayaraq 141 manat sığorta haqqı ödəyib. Əraziyə vəhşi heyvanların hücum etməsi nəticəsində əkin sahəsinin bir hissəsinə zərər dəyib. Nəticədə Aqrar Sığorta Fondu tərəfindən fermerə 1 802 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Əkin sahəsinin bir hissəsinə dəymiş zərərə görə fermerə ödənilən sığorta ödənişi onun həmin sahəni sığortalamaq üçün ödədiyi sığorta haqqından 13 dəfə artıq olub.
Ödəniş alan fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən razılıqlarını bildirib, digər fermer həmkarlarını da bu imkandan istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıblar.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və «Bitkiçilik kalkulyator»u vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
11 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
13 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
13 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
14 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















