“Qaradağ Şüşə Zavodu” özəlləşdirilib - ZAVODU ALAN ŞİRKƏTİN ADI AÇIQLANDI
“Nort Vest Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib. Şirkət dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməli və müəssisədə 16,4 milyon manat həcmində İnvestisiya Proqramı icra etməlidir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən, qalib investorla 23 iyun 2026-cı il tarixində alqı-satqı müqaviləsi imzalanıb.
Marja.az xəbər verir ki, müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməli və müəssisədə 16,4 milyon manat həcmində İnvestisiya Proqramı icra etməlidir.
Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu istiqamətdə investisiya müsabiqələri dövlət əmlakına sərmayənin cəlb olunması, istehsal potensialının bərpası, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması baxımından mühüm mexanizmlərdən biri hesab olunur.
“Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə bu ilin 19 may tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təqdim olunmuş təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Nort Vest Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyəti (North West Construction) investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.
“Nort Vest Konstrakşn” MMC tərəfindən investisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, dövlət müəssisələrinin investisiya müsabiqələri əsasında özəlləşdirilməsi iqtisadi aktivlərin dövriyyəyə qaytarılmasına, istehsalın yenilənməsinə və sahibkarlıq subyektlərinin sənaye sahələrinə daha fəal cəlb olunmasına xidmət edir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Ən çox oxunanlar
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
























