"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib
Bank Respublika və Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu irihəcmli kredit sazişi imzalayıb. Cəlb olunan vəsait Bank Respublika-nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.
Marja.az Baanka istinadən xəbər verir ki, Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu saziş Finnfund-un tarixində milli valyutada təqdim edilən ilk sintetik kredit əməliyyatı olub.
Cəlb olunan vəsait Bank Respublika-nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Bu sazişin imzalanması Bank Respublika-nın beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm Azərbaycan bank sektoruna, həm də Bank Respublika-ya göstərdiyi yüksək etimadın təsdiqidir.
Finnfund-un Baş İnvestisiya Meneceri Ulla-Maija Rantapuska bildirib: “Bu investisiya iqlim dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı banklardan biri olan Bank Respublika-ya yerli valyutada maliyyə təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatının inkişafına töhfə veririk.”
Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov bildirib: “Finnfund ilə əməkdaşlığın başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə institutlarından birinin göstərdiyi etimad Bank Respublika-nın dayanıqlılığının, biznes modelimizin effektivliyinin və məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
15 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 7 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq
- 22 d. əvvəl
-
23 d. əvvəl
Bəzi dövlət inhisarlarında rəqabətli bazar modelinə keçid nəzərdə tutulur
-
23 d. əvvəl
Hansı regionda rəqabət zəifdir? – Xüsusi xəritə hazırlanacaq.
- 24 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurları yenidən nəzərdən keçiriləcək
- 31 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Fərid Şəfiyev yeni yaradılan Mərkəzə sədr təyin edildi
Xankəndidə 3 avtobus marşrutu “BakuBus”a verildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Ən çox oxunanlar
Neft Fondu Çində iri investorlarla danışıqlar aparıb
Qızıl 3-cü həftədir ucuzlaşır – FED gözləntiləri təzyiqi artırır
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bank Respublika AccessBank-ı alır
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Bakıda beynəlxalq logistika üzrə master-klass keçirilib





















