Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib
Global Gender-Smart Fund S.A., SICAV- Lüksemburqda qeydiyyatdan keçmiş alternativ investisiya fondu və Unibank KB ASC Azərbaycanda qadın sahibkarlığının inkişafına, maliyyə inklüzivliyinin genişləndirilməsinə və qadınların iqtisadi imkanlarının artırılmasına dəstək məqsədilə kredit sazişi imzalayıb.
Marja xəbər verir ki, nüfuzlu sosial təsir yönümlü investisiya şirkəti Incofin Investment Management-in dəstəyi ilə təşkil olunan saziş çərçivəsində “Unibank”a Azərbaycan manatında 15 milyon ABŞ dolları ekvivalentində kredit xətti ayrılıb.
Vəsait Azərbaycanda qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan müəssisələrin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq qadın sahibkarlar üçün maliyyələşmə imkanlarının artırılmasına, mövcud maliyyə boşluğunun azaldılmasına və gender yönümlü iqtisadi inkişafın təşviqinə xidmət edəcək.
Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqti icra edən Heybət Qədirov layihə ilə bağlı bildirib: “Bu tərəfdaşlıq Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində səylərimiz baxımından mühüm mərhələdir. Global Gender-Smart Fund ilə əməkdaşlıq etməklə qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan bizneslər üçün onların ehtiyaclarına uyğun maliyyə resurslarının təqdim edilməsinə dair öhdəliyimizi daha da gücləndiririk. Bu imkanlar həmin bizneslərin böyüməsinə, innovativ həllər tətbiq etməsinə və ölkə iqtisadiyyatına daha əhəmiyyətli töhfə verməsinə təkan olacaq”.
Bu əməkdaşlıq hər iki maliyyə institutunun, eləcə də Incofin-in regionda dayanıqlı inkişaf və bərabər imkanlara əsaslanan bazar artımı üçün sosial təsir yönümlü investisiya yanaşmasından istifadə etmək üzrə ortaq baxışını əks etdirir.
“GGSF-in məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi və rifahın yaxşılaşdırılması üçün gender yönümlü maliyyələşmə təqdim etməkdir. Unibank ilə tərəfdaşlıq bu məqsədi daha da irəli aparır: Bankın gender fəaliyyət planı qadınların ehtiyaclarına uyğun yeni maliyyə məhsullarının hazırlanmasını və qadın sahibkarların bu məhsullara çıxışını və onlardan faydalanmasını dəstəkləyən maliyyə savadlılığı təlimlərinin keçirilməsini nəzərdə tutur. Məhz bu yanaşma maliyyələşmənin Azərbaycanda qadın borcalanlara məsuliyyətli və təsirli şəkildə yönəldilməsini təmin edir”, — deyə Innpact Fund Management-in Fondların idarə edilməsi üzrə direktor müavini Etienne de Belloy bildirib.
Global Gender-Smart Fund haqqında
Global Gender-Smart Fund — GGSF inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, gender fokuslu dünyanın ən böyük investisiya platformasıdır. GGSF-in məqsədi kifayət qədər xidmət almayan qadınlar, həmçinin qadınlar tərəfindən idarə olunan və qadınlara məxsus bizneslər üçün gender yönümlü, məsuliyyətli maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, gender balansının və əhatəliliyin artırılmasına, eləcə də inkişaf etməkdə olan bazarlarda qadın liderliyinin genişlənməsinə töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur. Fondun idarəçiliyində dərin bazar təcrübəsinə və güclü sosial təsir yönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Incofin Investment Management isə Unibank ilə bu layihə çərçivəsində münasibətlərin qurulması, monitorinqi və idarə olunmasına cavabdehdir.
Ətraflı məlumat üçün: www.ggs-fund.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.
Bank haqqında daha ətraflı: https://unibank.az/az
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
9 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
-
9 saat əvvəl
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda 15 faiz gəlirli istiqrazlar tam satıldı – 51 investor iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
Ən çox oxunanlar
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























