Qoyunu 7 manata, inəyi 24 manata sığortalamaq olar – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Yarısını dövlət ödəyir: mal-qara sığortası neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏRAzərbaycanda dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
Buraya iribuynuzlu mal-qara (südlük və ətlik inəklər, camış) və xırdabuynuzlu heyvnalar (qoyun və keçilər) aiddir.
Aqrar Sığorta Fondu bu heyvanları çoxsaylı risklərdən – təbii fəlakətlər, yoluxucu xəstəliklər, yem, ot və kimyəvi məhsulların təsirindən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti, avtomobillə vurulma, daşınma zamanı qəza nəticəsində tələf olma və ya məcburi kəsim, oğurluq, quldurluq və sair hallardan sığortalayır.
Qanunvericiliyə əsasən, sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, heyvanların sığortası fermerlərə daha əlçatandır.
Belə ki, 1000 manatlıq iribuynuzlu mal-qaranın sığortası üçün fermerin ödəməli olduğu məbləğ, seçilmiş sığorta zərfindən asılı olaraq 24-39 manat, qiyməti 2000 manat olan heyvanların illik sığortası isə 48-78 manat arasında dəyişir.
Xırdabuynuzlu heyvanlara (qoyun və keçilər) gəlincə, qiyməti 300 manat olan heyvanın sığortası fermerə 7-11 manata, 500 manatlıq heyvanın sığortası isə 12-18 manata başa gəlir.
Qeyd edək ki, fermer və təsərrüfatlar öz heyvanlarını 1 il, 2 il və 3 illik müddətə sığorta edə bilərlər. Sığorta müddəti artdıqca, illik sığorta haqqı da azalır.
Məsələn, 1000 manatlıq iribuynuzlu mal-qaranın 3 illik müddətə sığortalanması zamanı illik sığorta haqqı 22,8-36,5 manat təşkil edir.
Hadisə baş verdikdə heyvanın dəyərinin 10%-lik hisəsi azadolma şəklində çıxılır və fermerə kənd təsərrüfatı heyvanının dəyərinin 90%-i həcmində ödəniş həyata keçirilir.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarını artıq 11 günlüyindən başlayaraq müxtəlif yaşadək sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaşadək, ətlik heyvanlar 3 yaşadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşadək sığortalanır.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 3,5 milyon manat sığorta ödənişi həyata keçirilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar, heyvandarlıq sığortasının şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
12 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
12 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 13 saat əvvəl
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















