Vergi Məcəlləsində dəyişiklik edilir - Sahibkarların maliyyə yükü azalacaq
Neft-qazdan kənar özəl sektor üçün mühüm vergi dəyişikliyi. 2027-ci ildən sahibkarlar üçün yeni maliyyə güzəşti tətbiq ediləcəkMilli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub.
Yeni qanunla neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət (özəl) sektoruna aid edilən vergi ödəyicilərinə mühüm maliyyə güzəşti tətbiq olunacaq.
Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə sahibkarlara öz işçilərinin məcburi dövlət sosial sığorta haqlarını (DSMF ödənişlərini) ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlər hesabına ödəmək imkanı yaradılır.
Bu mexanizm müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar və şərtlər daxilində tənzimlənəcək. Sözügedən dəyişiklik özəl sektorda çalışan sahibkarların nağd pul dövriyyəsini (likvidliyini) artırmağa və onların üzərindəki maliyyə yükünü yüngülləşdirməyə xidmət edir.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Ən çox oxunanlar
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?























