Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bank of Baku-nun 5 əsas departamentinə direktorlar təyin olunub - ADLARI

Bank of Baku-da departamentlərə yeni təyinatlar var
AzVak-mobil_resmin_ustu_31
Bank of Baku-nun  5 əsas departamentinə direktorlar təyin olunub - ADLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank of Baku” ASC-də rəhbər vəzifələrə yeni təyinatlar elan edilib. Müvafiq qərarlarla bankın 5 əsas departamentinə direktorlar təyin olunub.

Maliyyə departamentinin direktoru – Ağamusa Məmmədov

Bankın Maliyyə departamentinin direktorunun müavini və Baş mühasibi Ağamusa Məmmədov Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib. Peşəkar fəaliyyətinə 2008-ci ildə Bank of Baku-da kiçik mütəxəssis olaraq başlayan Ağamusa Məmmədov bankda şöbə müdiri, baş mühasib, departament direktorunun müavini vəzifələrinə qədər yüksəlib. Ağamusa Məmmədov 2003-2008-ci illərdə Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

Ödəniş sistemləri departamentinin direktoru – Tamerlan Rüstəmov

Növbəti təyinat Ödəniş sistemləri departamentində baş verib. 2020-ci ildən etibarən sözügedən departamentin direktor müavini olaraq çalışan Tamerlan Rüstəmov artıq departament direktoru vəzifəsini icra edəcək. Tamerlan Rüstəmov “Debut” KB ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistratura pillələri üzrə təhsil alıb. Hazırda Doktorantura təhsilini davam etdirir.

Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru – Ceyhun Aydınov

Ceyhun Aydınov isə Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru vəzifəsinə təyin edilib. O, peşəkar iş fəaliyyətinə 2010-cü ildə, Bank of Baku-dakı iş fəaliyyətinə isə 2023-cü ildə Kredit riskləri şöbəsinin rəhbəri olaraq başlayıb. 2025-ci ildən sonuncu təyinata qədər Risklərin idarə edilməsi və nəzarət departamentinin direktor müavini olaraq çalışıb. Ceyhun Aydınov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr, 2019-2022-ci illərdə İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr təhsili alıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

KOB Bankçılıq departamentinin direktoru – Ceyhun Baloğlanov

Bank of Baku-nun KOB Bankçılıq departamentinin 1-ci filial qrupu şöbəsinin müdiri Ceyhun Baloğlanov bankdakı fəaliyyətinə eyni departamentin direktoru olaraq davam edəcək. Qeyd edək ki, iş fəaliyyətinə 2013-cü ildə başlayan Ceyhun Baloğlanov 2024-cü ildən bəri Bank of Baku-da çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit üzrə bakalavr təhsili alıb.

İT infrastrukturunun idarə edilməsi departamenti direktoru – Sabit Nəsirov

Bank of Baku-da İT infrastrukturunun idarə edilməsi departamentinin Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin müdiri Sabit Nəsirov həmin departamentin direktoru təyin edilib. Sabit Nəsirov 2010-cu ildən bəri İnformasiya texnologiyaları sahəsində çalışır, 2016-ci ildən etibarən isə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq İT departamentlərinin formalaşdırılması və inkişafına dəstək göstərib. 2010-2014-cü ildə “Simon Kuznets Kharkiv National University of Economics” universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsilimi alıb.

Məlumat üçün bildirək ki, Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

İş elanları AzVak.az-da

Bank of Baku Bank of Baku ASC Bank of Baku təyinatlar bankda yeni təyinatlar rəhbər vəzifələr departament direktorları Ağamusa Məmmədov Tamerlan Rüstəmov Ceyhun Aydınov Ceyhun Baloğlanov Sabit Nəsirov Maliyyə departamenti Ödəniş sistemləri departamenti Risklərin idarə edilməsi və nəzarət departamenti KOB Bankçılıq departamenti İT infrastrukturunun idarə edilməsi departamenti Bank of Baku Maliyyə departamenti Bank of Baku Ödəniş sistemləri Bank of Baku risklərin idarə edilməsi Bank of Baku KOB Bankçılıq Bank of Baku İT infrastrukturu bank sektoru Azərbaycan bankları bank rəhbərliyi bank menecmenti bank kadr təyinatları yeni direktorlar baş mühasib kredit riskləri KOB bankçılıq ödəniş sistemləri İT departamenti bank filiallar
06.07.2026 17:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19