Qlobal bank alüminium üzrə qiymət proqnozunu yeniləyib
Qlobal investisiya bankı Goldman Sachs bu ilin dördüncü rübü və 2027-ci il üçün alüminium qiyməti ilə bağlı proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, Bank bu qərarını Yaxın Şərqdən təklifin gözləniləndən daha sürətlə bərpa olunması ilə əsaslandırıb.
Bankın analitikləri dördüncü rüb üzrə proqnozu bir ton üçün 3 200 dollardan 2 950 dollara endiriblər. Analitiklər 2027-ci il üçün orta qiymət proqnozunu isə bir ton üçün 2 950 dollardan 2 700 dollara salıblar.
Goldman Sachs, "Emirates Global Aluminium"un "Al Taweelah" zavodunda tam istehsal gücünün 2027-ci ilin birinci rübünün sonunadək bərpa olunacağını gözləyir. Bankın əvvəlki proqnozunda bu müddət 2027-ci ilin sonu kimi göstərilirdi.
Goldman analitiklərinin qeydinə əsasən, sektordan daxil olan rəylər ümumilikdə Yaxın Şərqdən təklifin daha sürətli bərpa olunacağına işarə edir. Bu isə bankın 2026-cı il üzrə təklif proqnozunu 620 min ton, 2027-ci il üzrə proqnozunu isə 920 min ton artırmasına səbəb olub.
Bank 2026-cı il üçün gözlədiyi kəsiri 100 min tona endirib, 2027-ci il üçün proqnozlaşdırılan profisiti isə 1,5 milyon tona yüksəldib.
Goldman-ın ehtiyatların 2027-ci ilədək yenidən formalaşacağını və bunun da alüminium əritmə zavodlarının marjalarının son dövrdəki yüksək səviyyələrdən normal hədlərə qayıtmasına səbəb olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
9 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə






















