Buğda, düyü və pambıq qiymətlərində kəskin artım
Qlobal əmtəə bazarında ilin birinci yarısında kənd təsərrüfatı məhsulları üzrə qiymət dinamikasında geosiyasi risklər və iqlim amilləri səbəbindən məhsul əsaslı fərqlənmələr ön plana çıxıb.
Marja xəbər verir ki, bu dövrdə buğda, düyü və pambıq qiymətlərində kəskin artım müşahidə olunub.
ABŞ/İsrail-İran müharibəsi ilə bağlı proseslər ilin birinci yarısında əmtəə bazarının istiqamətinə təsir edən əsas amillərdən biri olub. Kənd təsərrüfatı məhsullarının qiymət hərəkətlərində isə hava şəraiti də mühüm rol oynayıb.
Nəticədə kənd təsərrüfatı məhsulları qrupunda geosiyasi risklər və iqlim təsirləri fonunda məhsullar üzrə fərqli tendensiyalar yaranıb. Buğda, soya, düyü və pambıqda ciddi bahalaşma,qarğıdalı, qəhvə, şəkər və kakaoda isə kəskin ucuzlaşma qeydə alınıb.
Düyü qiymətləri 20%-dən çox artıb
Çikaqo Ticarət Birjasında bu dövrdə buğdanın buşel üzrə qiyməti 16,2%, düyünün qiyməti 24%, soyanın qiyməti 9,2% artıb, qarğıdalının qiyməti isə 1% azalıb.
Buğdanın buşel üzrə qiyməti sözügedən dövrdə 6,8825 dollara çataraq 2024-cü ilin iyunundan bəri ən yüksək səviyyəni test edib.
Neft qiymətlərində müşahidə olunan sürətli artımın gübrə və enerji xərclərinə təsiri taxıl qiymətlərində kəskin yüksəlişə səbəb olub.
Quraqlıq və gübrə ilə bağlı narahatlıqların birləşərək təklif gözləntilərini məhdudlaşdırması buğda qiymətlərində artımı ön plana çıxarıb.
ABŞ-ın mühüm kənd təsərrüfatı bölgələrində yaşanan quraqlıq və gübrə xərclərinin artması nəticəsində buğda əkin sahələri tarixi minimum səviyyələrə enib. Bu vəziyyət buğda qiymətlərinin yüksəlməsini sürətləndirib. Hörmüz Boğazı ilə bağlı logistika problemləri də buğda qiymətlərində sürətli artıma səbəb olub.
Hava şəraiti ilə bağlı risklər və müharibənin yaratdığı enerji-gübrə xərcləri düyü istehsalına təzyiq göstərərək düyü qiymətlərini artırıb. Hindistanın ixrac məhdudiyyətləri də qlobal düyü təklifini azaldaraq qiymətləri yuxarı çəkib.
Gübrə xərcləri soya qiymətlərində də artıma səbəb olub. Çin tərəfindən gələn tələb də qiymətlərin yüksəlməsində təsirli olub. ABŞ və İran arasındakı gərginliyin zaman-zaman yumşalması, eləcə də Argentinada qarğıdalı yığımının sürətlənməsi isə qarğıdalı qiymətlərində geriləməyə gətirib çıxarıb.
Pambıq ilin birinci yarısında 20%-ə yaxın bahalaşıb
Intercontinental Exchange-də funt üzrə qiymətlər pambıqda 19,5% artıb, şəkərdə 1,3%, qəhvədə isə 15% azalıb. Kakaonun ton üzrə qiyməti ilin birinci yarısında 16,3% geriləyib.
Qəhvənin funtu 2,3885 dollara düşərək 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəni, şəkərin funtu 0,1334 dollara enərək 2020-ci ilin oktyabrından bəri ən aşağı səviyyəni görüb. Kakaonun ton üzrə qiyməti isə 2026-cı il martın 2-də 2 846 dollara düşərək 2023-cü ilin aprelindən bəri ən aşağı səviyyəyə enib.
ABŞ-da quraqlıq və şaxta riski pambıq qiymətlərinin artmasına səbəb olub.
Braziliyada qəhvə məhsulu yığımının rekord səviyyəyə çatacağına dair gözləntilər və Braziliya realının dollar qarşısında ucuzlaşması qəhvə qiymətlərinə təzyiq göstərib.
Qəhvə qiymətləri Braziliyada rekord məhsul yığımı gözləntiləri fonunda geriləyib. Yüksək istehsal göstəriciləri və tələbin azalacağına dair narahatlıqlar şəkər qiymətlərində ucuzlaşmaya səbəb olub.
Braziliyada qəhvə məhsulu yığımının rekord səviyyəyə çatacağına dair proqnozlar xüsusilə qəhvə qiymətlərində enişə təsir göstərir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi Braziliyada 2026-2027-ci illər üzrə qəhvə məhsulu yığımının illik müqayisədə 14% artaraq 71,9 milyon kisəyə çatacağını və rekord səviyyəyə yüksələcəyini proqnozlaşdırır.
Vyetnamdan qəhvə ixracının kəskin artması təklif artıqlığına səbəb olub ki, bu da qiymətlər üzərində təzyiq yaradıb. Digər tərəfdən, El Nino hava hadisəsinin gələn il Braziliyanın qəhvə məhsuluna zərər verə biləcəyinə dair narahatlıqlar qiymətləri müəyyən qədər dəstəkləyib.
Braziliyada yağıntılarla əlaqədar təklif artıqlığı yarana biləcəyi gözləntiləri və Yaxın Şərqdəki gərginliklərin təsiri ilə tələbin zəifləməsi qəhvənin funt qiymətinə aşağı istiqamətli təzyiq göstərib. Braziliyada yağıntı gözləntiləri şəkər qiymətlərinə də mənfi təsir edib.
Qərbi Afrikada ümumilikdə əlverişli məhsul yığımı gözləntiləri və zəif tələb kakao qiymətlərinə təzyiq göstərməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
9 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə






















