Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
Salam, hörmətli həmkarlar! “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanı“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəyi verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.
Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.
Ümumilikdə, 2024-cü illə müqayisədə satış gəlirləri (182,69 milyon ABŞ dolları) 2025-ci ildə 46% artaraq 266,45 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qızıl satış qiymətinin 37%, ümumi satış həcmi 4% artaraq, 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş təşkil edib. Bununla yanaşı, törəmə müəssisə olan “AzerBlast” MMC-nin ötən il üzrə fəaliyyəti də ümumi satış gəlirlərinin formalaşmasına təxminən 3% həcmində töhfə verib.
2025-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətinin göstəricisi olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 58,52% artaraq 142,48 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5% artaraq 82,06 milyon ABŞ dollarına çatıb.
2025-ci ilin sonuna Səhmdar Cəmiyyəti və onun törəmə şirkətlərinin ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 17,5% çoxdur.
Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ildə xalis dövriyyə kapitalı 86,4% artaraq 196,11 milyon ABŞ dolları, ümumi kapitalı isə 22,3% artaraq 489,05 milyon ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəriciləri qrupun yüksək maliyyə dayanıqlığının və effektiv maliyyə idarəetməsininin bariz sübutudur. Beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,0 səviyyəsində olması qənaətbəxş göstərici hesab edildiyi halda, “AzerGold” QSC üzrə bu göstərici 2025-ci ildə 0,07-dən 0,04-ə enib. Bundan əlavə, hesabat ilinin sonuna şirkətin kredit öhdəlikləri tam şəkildə bağlanıb.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Ən çox oxunanlar
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?





















