Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
"AmCham Azərbaycan"da yeni dövr: Nuran Kərimov Prezident oldu. AmCham Azərbaycanda rəhbərlik dəyişdi – yeni Prezident seçildi"AmCham Azərbaycan"ın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib. Səsvermənin nəticələrinə əsasən, Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib.
Bu barədə Marja.az-a AmCham-dan bildirilib.
Qeyd edilib ki, Nuran Kərimovun rəhbərliyi altında fəaliyyət göstərəcək yeni idarə heyəti növbəti iki il ərzində "AmCham Azərbaycan"ın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.
Nuran Kərimov, 2003-cü ildə Deloitte-a qoşularaq şirkətin Azərbaycandakı vergi praktikasının əsasını qoyub. O, peşəkar fəaliyyətinin böyük hissəsini yerli və beynəlxalq vergi məsələləri sahəsinə həsr edib. Cənab Kərimov müxtəlif vergi və biznes məsələləri üzrə həm beynəlxalq, həm də Azərbaycan şirkətlərinə, eləcə də fərdi müştərilərə məsləhət xidmətləri göstərilməsi sahəsində geniş təcrübəyə malikdir.
Deloitte-a qoşulmazdan əvvəl Nuran Kərimov Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlarda hüquq və vergi sahələri üzrə peşəkar kimi çalışıb. O, 2008-ci ildə partnyor, 2011-ci ildə isə pay sahibi partnyoru (Equity Partner) səviyyəsinə yüksəlib. Nuran Kərimov ABŞ-ın Corciya Universitetinin Hüquq Magistri (LL.M.) dərəcəsinə, həmçinin Rusiyanın Voronej Dövlət Universitetinin Hüquq üzrə bakalavr dərəcəsinə malikdir.
Qeyd edək ki, Nuran Kərimov "AmCham Azərbaycan"ın İdarə Heyətinin üzvü və Prezidenti kimi fəaliyyət göstərdiyi dövrlərdə uğurlu və səmərəli rəhbərlik təcrübəsi nümayiş etdirib və təşkilatın inkişafına mühüm töhfələr verib.
Nuran Kərimov ailəlidir, bir qızı və iki oğlu var.
"AmCham Azərbaycan" haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?




















