BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
BBC 500 milyon funt-sterlinqlik qənaət planı çərçivəsində ilkin mərhələdə 550 əməkdaşının işinə son verəcəyini açıqlayıb. Qurum üzrə ümumilikdə 1 800–2000 nəfərlik işçi ixtisarının nəzərdə tutulduğu bildirilir.Britaniyanın ictimai yayım korporasiyası BBC növbəti iki il ərzində qurum üzrə 500 milyon funt-sterlinq qənaət etməyi hədəfləyən planının ilk mərhələsi çərçivəsində 550 əməkdaşla yollarını ayıracağını açıqlayıb.
Marja xəbər verir ki, BBC News-un müvəqqəti baş icraçı direktoru Conatan Manro əməkdaşlara göndərdiyi elektron məktubda ixtisarların xəbər bölməsini, Şotlandiya, Uels və Şimali İrlandiya üzrə yayımları, həmçinin televiziya və radio kontent komandalarını əhatə edəcəyini bildirib.
Manro qənaət proqramı çərçivəsində Radio 4-də yayımlanan “The World Tonight” proqramının bağlanacağını açıqlayıb. O, həmçinin “Today” proqramında daimi aparıcıların sayının sentyabr ayından etibarən 5-dən 4-ə endiriləcəyini və şənbə buraxılışlarının bir aparıcı ilə efirə gedəcəyini qeyd edib.
Manro bildirib ki, BBC One kanalında yayımlanan “Breakfast” proqramı da sentyabr ayından etibarən bazar günləri efirə çıxmayacaq. O, “Sunday with Laura Kuenssberg” və “Newsnight” proqramlarının istehsal komandalarının birləşdiriləcəyini də ifadə edib.
Manro açıqlanan planın xəbər bölməsində təxminən 200 nəfərin işini itirməsinə səbəb olacağını və bu addım vasitəsilə 25 milyon funt-sterlinq qənaət edilməsinin hədəfləndiyini bildirib.
Təxminən 21 min 500 tamştatlı əməkdaşı olan BBC gəlirlərinin böyük hissəsini televiziya lisenziya haqlarından əldə edir. Lakin son illərdə lisenziya sahibi şəxslərin sayının azalması qurumun gəlirləri üzərində təzyiq yaradır.
İşçi sayında 2 minə yaxın azalma hədəflənir
BBC-nin baş direktoru Mett Brittin də əməkdaşlara göndərdiyi mesajda açıqlanan qənaət tədbirlərinin ümumi 500 milyon funt-sterlinqlik hədəfin təxminən 160 milyon funt-sterlinqlik hissəsini qarşılamağı nəzərdə tutduğunu bildirib.
Brittin plan çərçivəsində ümumi işçi sayında təxminən 1800–2000 nəfərlik azalma nəzərdə tutulduğunu qeyd edib.
Qənaət proqramının genişmiqyaslı və çətin qərarları əhatə etdiyini vurğulayan Brittin, “Qənaətlərin miqyası çətin qərarlar və diqqətli iş tələb edir. Bunların hamısı eyni anda hazır olmayacaq”, - deyə bildirib.
BBC üzrə yüksək səviyyəli rəhbər şəxslərin sayının da 10% azaldılacağını qeyd edən Brittin yaxın aylarda korporativ bölmələr də daxil olmaqla yeni qənaət addımlarının açıqlanacağını və bu çərçivədə daha təxminən 700 vəzifənin bağlanmasının gözlənildiyini bildirib.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?























