SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
17 iyun 2026-cı il tarixində İslam İnkişaf Bankı (İİB) qrupunun illik toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır. Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır”.
ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla bildirib: “SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi baxımından mühüm addımdır. SOCAR-ın enerji sahəsindəki təcrübəsini ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 5 saat sonra
-
-
1 saat əvvəl
50 milyon manatlıq istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
- 4 saat əvvəl
-
23 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Rəsmi məzənnələr açıqlandı
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Ən çox oxunanlar
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%





















